Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA-nın müxbir üzvü İbrahim Cəfərov Qazaxıstanda keçirilən beynəlxalq onlayn konfransda iştirak edib
06.06.2020 20:31
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü İbrahim Cəfərov Qazaxıstanda keçirilən beynəlxalq onlayn konfransda iştirak edib

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov Qazaxıstan Milli Aqrar Universiteti tərəfindən təşkil olunan “Bitki mühafizəsi və karantininin müasir aspektləri” mövzusunda onlayn konfransda iştirak edib.

O, ölkəmizdə bitki mühafizəsi və karantini sahəsində görülmüş işlər, bu sahənin elmi və kadr təminatı, universitetdə bitki mühafizəsi ixtisası üzrə mütəxəssis hazırlığı, bitkli klinikasının fəaliyyəti, aqrar məsləhət xidməti, əməkdaşlıq əlaqələri barədə konfrans iştirakçılarına məlumat verib.

Onlayn tədbirdə Macarıstan, Bolqarıstan, Polşa, Serbiya, Rusiya, Ukrayna, Belarus, Tacikistan, Qırğızıstan və digər ölkələrin aparıcı alimləri iştirak ediblər. Konfransda bitki mühafizəsinin müasir vəziyyəti, əldə olunan nailiyyətlər, aktual problemlər, inteqrə olunmuş və bioloji mübarizə üsulları, pestisidlərin toksiki təsiri, ekoloji məhsul istehsalı, bitki mühafizəsində biotexnologiyanın tətbiqi, fitosanitar, ekoloji və ərzaq təhlükəsizliyinin təmin olunması üzrə bitki mühafizəsi sahəsində təcrübə mübadiləsi məsələlərinə dair müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: