Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Akademik İlyas Abdullayevin biblioqrafiyası çapdan çıxmışdır
07.11.2014 00:00
  • A-
  • A
  • A+

Akademik İlyas Abdullayevin biblioqrafiyası çapdan çıxmışdır

AMEA Genetik Ehtiyatlar İnstitutu tərəfindən görkəmli alim və ictimai xadim, akademik İlyas Abdullayevin biblioqrafiyası nəşr olunub.

“Elm” nəşriyyatında çapdan çıxmış biblioqrafiyaya akademikin həyat və fəaliyyəti, elm və mədəniyyət xadimlərinin onun haqqında dedikləri, alimin əsərləri, kitab və məqalələri barədə məlumat daxil edilib.

Kitabın tərtibçisi Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Əlövsət Sadıxov, redaktoru isə Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərovdur.

Qeyd edək ki, biblioqrafiya AMEA Rəyasət Heyətinin qərarı və Aqrar Elmlər Bölməsinin təşəbbüsü ilə nəşr olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: