Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“İlandağ” geoparkı ilə bağlı yaradılmış İşçi Qrupun onlayn iclası keçirilib
02.06.2020 12:08
  • A-
  • A
  • A+

“İlandağ” geoparkı ilə bağlı yaradılmış İşçi Qrupun onlayn iclası keçirilib

AMEA-nın Naxçıvan Bölməsi, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti və Naxçıvan Dövlət Universitetinin mütəxəssislərindən ibarət “İlandağ” geoparkı ilə bağlı yaradılmış İşçi Qrupun onlayn iclası keçirilib.

İclas zamanı cari ildə görülən işlər, həyata keçirilən ekspedisiyaların nəticələri və qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb.

Tədbirdə “İlandağ” geoparkının sərhədlərinin dəqiqləşdirilməsi, geoloji, geomorfoloji, ekoloji biomüxtəliflik xəritələrinin hazırlanması, tarix-memarlıq və arxeoloji obyektlər barədə kompüter məlumat bazasının yaradılması, həmçinin ərazidə infrastruktur obyektlərinin müvafiq tələblərə uyğun yenidən qurulmasına dair təkliflərin hazırlanması məsələləri müzakirə olunub və lazımi tapşırıqlar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: