Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Radiasiya Problemleri İnstitutunda magistr işlərinin onlayn müzakirəsi aparılıb
01.06.2020 12:29
  • A-
  • A
  • A+

Radiasiya Problemleri İnstitutunda magistr işlərinin onlayn müzakirəsi aparılıb

AMEA-nın Radiasiya Problemləri İnstitutunun (RPİ) magistrantlarının dissertasiya işlərinin onlayn formatda ilkin müzakirəsi keçirilib.

Müzakirələrdə institutun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov, elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva, Təhsil şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Əminə Mikayılova, eləcə də qurumun laboratoriya rəhbərləri, magistrantları və elmi rəhbərlər iştirak ediblər.

İclası Oqtay Səmədov açaraq tədbirin gündəliyi barədə iştirakçılara məlumat verib.

Daha sonra RPİ-nin magistrantları Aynur Hüseynova, Əfsanə Ağayeva və Arzu Babayeva magistr işləri haqqında təqdimatla çıxış edib, sualları cavablandırıblar.

Sonda çıxış edən O.Səmədov magistrantlara elmi fəaliyyətləri ilə bağlı tövsiyələr verib, həmçinin onları təhsillərinin davamını doktorantura pilləsi üzrə davam etdirməyə çağırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: