Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın Gənc alim və mütəxəssislərinin institutlararası 1-ci futbol çempionatının final oyunu keçirildi
06.11.2014 00:00
  • A-
  • A
  • A+

AMEA-nın Gənc alim və mütəxəssislərinin institutlararası 1-ci futbol çempionatının final oyunu keçirildi

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) yeni layihəsi olan “AMEA-nın gənc alim və mütəxəssislərinin institutlararası 1-ci futbol çempionatı”nın final oyunu keçirilib. AMEA-nın İşlər İdarəsi və Azad Həmkarlar İttifaqının təşkilatı dəstəyi ilə keçirilən çempionatın Fizika və Geologiya və Geofizika institutları arasındakı oyununda qapılara 8 qol vurulub. Oyunun əsas və əlavə vaxtı 4:4 hesabı ilə yekunlaşdığından on bir metrəlik cərimə zərbələrini daha dəqiq yerinə yetirən Geologiya və Geofizika İnstitutunun futbolçuları qələbə qazanıb. Beləliklə, turnir cədvəlində ilk üç yeri Geologiya və Geofizika İnstitutu (I yer), Fizika İnstitutu (II yer) və Neft-Kimya Prosesləri İnstitutu (III yer) tutub.

Sonra turnirin mükafatlandırma mərasimi təşkil olunub. Tədbirdə AMEA rəhbərliyi, ölkəmizin idman ictimaiyyəti və digər rəsmilər iştirak edib. Çıxış edənlər ölkəmizdə gənclər və idman siyasətinin uğurlarından söhbət açıb və sözügedən çempionatın təşkilini yüksək qiymətləndirib. Qalib komandaları təbrik edən natiqlər gənclərin sağlam inkişafında idmanın əhəmiyyətini, həmçinin bu cür yarışların gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün vacibliyini qeyd edib.

Sonda çempionatın qalib komandalarına kubok, medal dəstləri və pul mükafatları təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: