www.science.az
31.05.2020 11:17

Rusiyada koronavirusa qarşı burun damcısı şəklində peyvənd hazırlanıb

Rusiyanın “Vektor” Dövlət Virusologiya və Biotexnologiya Mərkəzində koronavirus infeksiyasına qarşı peyvənd hazırlanıb.

vedomosti.ru saytının məlumatına görə, yeni peyvənd burun damcısı şəklindədir. Mərkəzin baş direktoru Rinat Maksyutov bildirib ki, peyvəndin heyvanlar üzərində sınaqları uğurlu olub. Hazırda preparatın insanlar üçün səmərəliliyi və zərərsizliyi araşdırılır.

Qeyd edək ki, Rusiyada ümumilikdə 47 peyvənd üzərində tədqiqat işləri aparılır.