www.science.az
31.05.2020 11:04

“Neft və qaz yataqlarının işlənilməsi və istismarı” seksiyasının növbəti onlayn iclası keçirilib

AMEA-nın Neft və Qaz İnstitutunun “Neft və qaz yataqlarının işlənilməsi və istismarı” elmi seksiyasının onlayn iclası keçirilib.

Elmi seksiyada “Deformasiya olunan layların neft veriminin artırılmasında üfüqi quyuların tətbiqi”, “Qazkondensat yataqlarının işlənilməsini təmin edən texnologiyalar” ixtisaslaşmaları üzrə institutda təhsil alan II kurs magistrantların yerinə yetirdikləri dissertasiya işlərinin ilkin müzakirəsi baş tutub.

İclasda Orxan Nəbizadənin AMEA-nın müxbir üzvü Qərib Calalovun rəhbərliyi ilə hazırladığı “Deformasiya olunan layların neft veriminin artırılmasında üfüqi quyuların tətbiqi” və Elmin Məmmədovun t.e.n. Bünyad Kazımovun rəhbərliyi ilə hazırladığı “Qazkondensat yataqlarının işlənilməsini təmin edən texnologiyalar” mövzularında dissertasiya işləri təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.