www.science.az
31.05.2020 10:06

Mərkəzi Elmi Kitabxana akademik Nərgiz Axundovanın kitablarını elektron formatda oxuculara təqdim edir

AMEA-nın Mərkəzi Elmi Kitabxanası akademik Nərgiz Axundovanın kitablarını PDF formatda oxuculara təqdim edir.

İstifadəçilər kitabxananın “Elektron kitablar” bazasına daxil olub, kitabları yükləyə bilərlər.

Xatırladaq ki, bu xidmət “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci və 19-cu maddələrinə uyğun olaraq tənzimlənir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.