www.science.az
29.05.2020 17:16

AMEA-nın müxbir üzvü Tofiq Məmmədov İctimai TV-də iqlim dəyişmələrinin flora və faunaya təsirindən danışıb

Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov İctimai TV-də yayımlanan “Sabahın xeyir, Azərbaycan” verilişinin qonağı olub.

O, Yerin flora və faunasında dəyişikliklərə səbəb olan iqlim dəyişmələrindən danışıb. Bildirib ki, bu proses ölkəmizdə xüsusilə meşələrdə böyük təhlükələr yaradır. Alimin sözlərinə görə, Azərbaycanda 42 bitki fəsiləsi, 200-ə yaxın ağac-kol bitkisi iqlim dəyişmələri nəticəsində məhv olmaq təhlükəsi ilə qarşılaşıb.

Tofiq Məmmədov qeyd edib ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq təbiətə zərər verən bir sıra qurumların müvəqqəti fəaliyyətini dayandırması nəticəsində ozon təbəqəsinin bağlanmaq üzrə olması bu müəssiələrin təbiətə kifayət qədər zərərli maddələr buraxdığını bir daha sübut edir.

Verilişi bu link vasitəsilə izləmək mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.