Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Coğrafiya İnstitutunun direktor müavini ARB TV-yə müsahibə verib
27.05.2020 22:30
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunun direktor müavini ARB TV-yə müsahibə verib

AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Həsənov Azərbaycanda göy gurultusu, ildırım çaxması kimi təbiət hadisələri barədə ARB televiziya kanalına müsahibə verib.

Alim bildirib ki, son 25-30 il ərzində Yer kürəsində, o cümlədən Azərbaycanda iqlim dəyişmələri nəticəsində təbiət hadisələrinin intensivliyi artıb. Qeyd edib ki, araşdırmalara əsasən, ölkəmizdə göy guruldaması, şimşək çaxması kimi xarakterik ərazilər Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Tovuz, Qax, Qəbələ rayonlarıdır.

M.Həsənov əlavə edib ki, bu hadisələrin törədə biləcəyi fəsadların qarşısını almaq üçün çoxmərtəbəli binaların üzərində elektrik cərəyanını ötürən ildırımötürücülər quraşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: