Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.11.2014 00:00
  • A-
  • A
  • A+

Mülki Müdafiə üzrə metodiki məşğələ keçirildi

Mülki Müdafiə üzrə metodiki məşğələ keçirildi

AMEA Rəyasət Heyətinin II Xüsusi şöbəsində akademiyanın Mülki Müdafiə üzrə tədbirlər planına uyğun olaraq metodiki məşğələ keçirildi.

AMEA-nın elmi müəssisə və təşkilatlarının Mülki Müdafiə (MM) qərargah rəislərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan şöbənin rəisi Eldar Quliyev AMEA-nın elmi qurumlarında 2014-cü ildə MM sahəsində görülən işlər, əldə olunan nailiyyətlər, mövcud çatışmazlıqlar və qarşıda duran vəzifələr haqda danışdı. O, məşqlər zamanı aşkar olunmuş nöqsanları qeyd etdi və onların təkrarlanmaması üçün zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyini bildirdi.

E.Quliyev, həmçinin AMEA Aşqarlar Kimyası İnstitutunun rəhbər heyəti tərəfindən keçirilən MM məşqlərini yüksək qiymətləndirdi.

Sonra II Xüsusi şöbəsinin aparıcı mütəxəssisi Əlimərdan Məhəmmədov 2015-ci il üçün AMEA-nın elmi müəssisə və təşkilatlarında MM tədbirlərinin planlaşdırılma metodikasının öyrənilməsi barədə məlumat verdi. O, gələn il ərzində həyata keçiriləcək tədbirlərin plan strukturunu təqdim etdi. Qeyd etdi ki, məşqlərin keçirilmə vaxtı regional şöbələrlə razılaşdırılıb. Həmçinin gələn il keçiriləcək MM kursları haqqında ətraflı məlumat verdi, bu kurslarda iştirak edəcək elmi qurumların siyahısını təqdim etdi.

Sonda geniş fikir mübadiləsi aparıldı, müzakirə olunan məsələlərlə bağlı təkliflər irəli sürüldü.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.
  • Paylaş: