Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Naxçıvan Bölməsində 28 May - Respublika Günü ilə əlaqədar onlayn konfrans keçirilib
22.05.2020 14:08
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində 28 May - Respublika Günü ilə əlaqədar onlayn konfrans keçirilib

AMEA-nın Naxçıvan Bölməsində 28 May - Respublika Günü ilə əlaqədar “Azərbaycan Xalq Cümhuriyyəti-102” mövzusunda onlayn konfrans keçirilib.

Konfransda bölmənin sədri, akademik İsmayıl Hacıyev müsəlman-türk dünyasında, eləcə də Şərqdə ilk demokratik respublikanın yaranma zərurətindən danışıb. Bildirilib ki, 1918-ci il mayın 28-də təməli qoyulan Azərbaycan Xalq Cümhuriyyəti xarici təcavüz və daxili qarşıdurma nəticəsində süqut edib. Buna baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti 23 ay ərzində ölkəmiz və xalqımız üçün mühüm işlər görüb.

Qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətində Naxçıvanla bağlı bir sıra məsələlərə də diqqət yetirilib. Belə ki, ərazinin ermənilər tərəfindən tutulmasına imkan verilməməsi üçün ona siyasi, hərbi, maddi və mənəvi kömək göstərilib.

Tədbirdə ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Xalq Cümhuriyyətinin varisi elan edilən Azərbaycan Respublikasının inkişafından da söz açılıb. Müstəqilliyimizin əbədiliyinin təmin olunmasında ulu öndərin atdığı addımlar, müstəqil Azərbaycanın qazandığı uğurlar, ölkədə aparılan quruculuq və yenilənmə işlərində əldə olunan nailiyyətlər faktlarla diqqətə çatdırılıb.

Onlayn konfransda bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov “Azərbaycan Xalq Cümhuriyyəti: Şərqdə ilk demokratik respublika” mövzusunda məruzə ilə çıxış edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: