www.science.az
21.05.2020 11:56

“Gömrük statistikası və müasir informasiya texnologiyaları” kitabı nəşr olunub

AMEA-nın İqtisadiyyat İnstitutunun Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər şöbəsinin böyük elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Təbriz Yadigarovun “Gömrük statistikası və müasir informasiya texnologiyaları” adlı monoqrafiyası çapdan çıxıb.

İqtisadiyyat  İnstitutunun Elmi Şurasının qərarı ilə çap edilmiş kitabın elmi redaktorları AMEA-nın müxbir üzvü Akif Musayev və AR Dövlət Gömrük Komitəsi Akademiyasının elmi işlər üzrə rəis müavini, professor Cəmilə  Namazovadır. Nəşrin rəyçiləri iqtisad elmləri doktorları Sakit Yaqubov, Arif Şəkərəliyev və iqtisad üzrə fəlsəfə doktoru, dosent Kamran Abdullayevdir.

17 fə­sil­dən iba­rət olan mo­noq­ra­fi­ya­da gömrük sta­tis­ti­kası və in­for­ma­si­ya texno­lo­gi­ya­larının pred­me­ti, məq­sə­di, cə­miy­yət­də ro­lu və ye­ri, xa­ri­ci ticarə­tin gömrük sta­tis­ti­kasın­da il­kin mə­lu­mat­ların emalı üsul­ları, sta­tis­tik cəmləmə və qrup­laşdır­ma kimi məsələlər əksini tapıb. Bundan başqa, kitabda xa­ri­ci ti­ca­rə­tin gömrük sta­tis­ti­kasın­da in­deks me­to­du, amil üsu­lu, di­na­mi­ka sıra­ları, eləcə də gömrük sta­tis­ti­kasın­da ti­ca­rət sis­tem­lə­ri və təs­ni­fat ba­zası, Azər­bay­can Res­pub­li­kasın­da xa­ri­ci ti­ca­rə­tin gömrük sta­tis­ti­kası me­to­do­lo­gi­yasının tət­bi­qi ilə sta­tis­tik də­yə­rin he­sab­lan­ması verilib.  

Habelə Dövlət Gömrük Ko­mi­tə­si­nin av­to­mat­laşdırılmış in­for­ma­si­ya sistemi, gömrük sta­tis­ti­kasın­da in­for­ma­si­ya tex­no­lo­gi­ya­larının, o cümlə­dən blokçeyn tex­no­lo­gi­yasının tət­bi­qi­nin üstün və çatış­ma­yan cə­hət­lə­ri, EVi­ews proq­ram pa­ke­tin­də gömrük üzrə da­xi­lol­ma­ların dövlət büdcə­si­nə tə­si­ri­nin sta­tis­tik təh­li­li və qiy­mət­lən­di­ril­mə­si­nə aid mə­sə­lə­lə­rin nə­zə­ri və prak­ti­ki əsas­ları şərh edilib.

Mo­noq­ra­fi­ya ali mək­təb­lər­də “Gömrük sta­tis­ti­kası və in­for­ma­si­ya texnologiyaları”, “Gömrük ver­gi və rüsum­larının bey­nəl­xalq təcrü­bə­si”, “İqti­sa­di təh­lil və audit”, “Gömrük işi­nin təş­ki­li”, “Eko­no­met­ri­ka” fən­lə­ri­nin tədrisin­də, dövlət qurumlarında, res­pub­li­ka­da hazır­la­nan məq­səd­li proq­ram­lar­da, gömrük əmə­liyyatlarının sə­mə­rə­li­li­yi ilə bağlı el­mi araşdır­ma­ların aparıl­masın­da faydalı ola bilər.   

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.