www.science.az
21.05.2020 10:40

“COVID-19 üçlüyü: immunitet, iltihab və müdaxilə” mövzusunda onlayn ustad dərsi keçirilib

Mayın 20-də Koreya Respublikasının Pusan Milli Universitetinin tədqiqatçı-professoru, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Beynəlxalq Proteomiks laboratoriyasının müdiri, b.ü.f.d. İsmayıl Zülfüqarov Bakı Dövlət Universitetinin tələbələri üçün “COVID-19 üçlüyü: immunitet, iltihab və müdaxilə” mövzusunda onlayn ustad dərsi keçib.

Videobağlantıya qoşulan universitetin rektoru Elçin Babayev Azərbaycan Respublikası ərazisində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində ali təhsil ocağında görülən qabaqlayıcı tədbirlər, pandemiya ilə mübarizədə atılan effektiv və məqsədyönlü addımlar barədə məlumat verib. Rektor ölkəmizin müvafiq istiqamətdə nümunəvi fəaliyyətlə fərqləndiyini vurğulayıb.

Daha sonra İsmayıl Zülfüqarov koronaviruslar və onların təkamül dinamikası, COVID-19 pandemiyasının diaqnostika və müalicə üsulları, pandemiyalar və bioetik problemlər, mikrobiologiya, virusologiya və molekulyar biotexnologiya elmlərinin inkişaf perspektivləri, yeni koronavirusların yaranması haqqında təqdimatla çıxış edib.

“Microsoft Teams” platforması üzərindən təşkil olunmuş dərsi 100-ə yaxın iştirakçı dinləyib.

Diskussiya şəraitində davam edən ustad dərsi sualların cavablandırılması ilə yekunlaşıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.