Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Pusan Milli Universitetinin professoru tələbələrə koronavirus genomuna dair ustad dərsi keçəcək
20.05.2020 10:15
  • A-
  • A
  • A+

Pusan Milli Universitetinin professoru tələbələrə koronavirus genomuna dair ustad dərsi keçəcək

Koreya Respublikasının Pusan Milli Universitetinin tədqiqatçı professoru, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Beynəlxalq proteomiks laboratoriyasının müdiri, b.ü.f.d. İsmayıl Zülfüqarov mayın 22-də “Koronaviruslar: onların genomu, həmçinin əsas zülallarının quruluşu və funksiyası” mövzusunda onlayn ustad dərsi keçəcək.

Bakı Dövlət Universitetinin tələbələri üçün nəzərdə tutulan ustad dərsi “Microsoft Teams” platforması üzərindən təşkil ediləcək.

Virtual dərsdə iştirak etmək istəyən şəxslər mayın 21-i saat 17:00-dək sabinaomarova1@gmail.com ünvanına müraciət edə bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: