Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Nailə Vəlixanlı beynəlxalq onlayn konfransda çıxış edib
19.05.2020 15:17
  • A-
  • A
  • A+

Akademik Nailə Vəlixanlı beynəlxalq onlayn konfransda çıxış edib

Mayın 18-də Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik” mövzusunda onlayn beynəlxalq konfrans keçirilib.

Tədbir AR Mədəniyyət Nazirliyi və Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsinin təşkilatçılığı ilə reallaşıb. Konfransda Mədəniyyət nazirinin müavini, AMEA-nın müxbir üzvü Sevda Məmmədəliyeva, muzey direktorları, xarici mütəxəssislər və aidiyyəti üzrə şəxslər iştirak ediblər.

Onlayn konfransa AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı da qatılıb. O, fiziki məhdudiyyətli ziyarətçilər üçün muzeylərdə reallaşan layihələr barədə məlumat verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: