Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Şamaxı Astrofizika Rəsədxanasının Elmi şurasının onlayn iclası keçirilib
15.05.2020 14:43
  • A-
  • A
  • A+

Şamaxı Astrofizika Rəsədxanasının Elmi şurasının onlayn iclası keçirilib

Mayın 14-də AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Elmi şurasının onlayn iclası keçirilib.

Əvvəlcə rəsədxananın direktoru, qurumun Elmi şurasının sədri, AMEA-nın müxbir üzvü Namiq Cəlilov gündəlikdə duran məsələlər barədə məlumat verib.

Onlayn iclasda “COVID-19” virusunun ölkəmizdə yarada biləcəyi təhlükələrin qarşısını almaq məqsədilə həyata keçirilən məqsədyönlü tədbirlərin əhəmiyyəti vurğulanıb. 

Namiq Cəlilov bildirib ki, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar akademiya əməkdaşlarının işə davamiyyətinin tənzimlənməsi haqqında müvafiq sərəncamına əsasən rəsədxananın fəaliyyəti qismən bərpa olunub. O, işə çıxan əməkdaşların profilaktik normalara riayət etmələrinin vacibliyini qeyd edib.

Daha sonra “Azərbaycan astronomiya jurnalı”nın növbəti buraxılışı ilə bağlı müzakirələr aparılıb. Jurnal üçün hazırlanan məqalələr üzərində yekun korrektə işlərinin aparılması üçün əməkdaşlar arasında iş bölgüsü edilib.

Rəsədxananın magistrant və doktorontlarının tədrisi ilə bağlı çıxış edən Təhsil şöbəsinin müdiri Paşa Əhmədov dərslərin AMEA prezidentinin müvafiq sərəncamına uyğun olaraq distant qaydada davam etdirildiyini bildirib.

Sonda bir sıra cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: