Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Dendrologiya İnstitutunun fəaliyyəti karantin rejiminin tələblərinə uyğun bərpa edilib
14.05.2020 15:35
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutunun fəaliyyəti karantin rejiminin tələblərinə uyğun bərpa edilib

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar akademiya əməkdaşlarının işə davamiyyətinin tənzimlənməsi haqqında müvafiq sərəncamına əsasən Dendrologiya İnstitutunun fəaliyyəti qismən bərpa olunub.

İnstitut rəhbərliyinin göstərişi ilə Kadrlar şöbəsi tərəfindən karantin rejimində təxirə salınması mümkün olmayan təsərrüfat işlərini icra edən, tədqiqat sahəsində bitkilər üzərində fenoloji müşahidələrin aparılması üçün gündəlik işə çıxması zəruri olan əməkdaşların sayı (ümumi sayı 30 faizdən çox olmamaq şərtilə) müəyyənləşdirilib və onların adları “icaze.e-gov.az” portalına yerləşdirilib.

Qeyd edək ki, həftənin istirahət günləri institutun laboratoriyaları, iş otaqları və bağın ərazisi dezinfeksiya edilir, işə çıxan əməkdaşlar epidemiya ilə bağlı tibbi-profilaktik davranış qaydaları barədə maarifləndirilir, onlar dezinfeksiyaedici məhlullar, maska və əlcəklərlə təmin edilirlər.

Elmi müəssisənin rəhbərliyi tərəfindən işə çıxmayan digər əməkdaşlar və şöbə müdirləri ilə onlayn iclaslarda təşkilatın fəaliyyəti, qarşıda duran vəzifələr, görüləcək işlər barədə müzakirələr aparılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: