Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Ali riyaziyyat” dərsliyi çap edilib
14.05.2020 10:08
  • A-
  • A
  • A+

“Ali riyaziyyat” dərsliyi çap edilib

Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov, institutun şöbə müdiri, professor Ramiz Aslanov və Bakı Dövlət Universitetinin (BDU) dosenti Sevda İsayevanın həmmüəllifi olduqları “Ali riyaziyyat” adlı dərslik işıq üzü görüb.

“Təhsil” nəşriyyatında çap olunan dərslik on fəsil və üç əlavədən ibarətdir. Nəşr riyaziyyatın xətti cəbr və analitik həndəsənin elementləri, riyazi analizə giriş, inteqral hesabı, çoxdəyişənli funksiyalar, kompleks ədədlər, adi diferensial tənliklər, xüsusi törəməli diferensial tənliklər, ehtimal nəzəriyyəsi və riyazi statistikanın elementləri bölmələrini əhatə edir.

Dərslik BDU-nun Kimya və Coğrafiya fakültələrinin tədris planlarına və proqramlarına uyğun hazırlanıb. Vəsaitdən BDU-nun “Riyaziyyat” ixtisası istisna olmaqla, digər ixtisaslarda təhsil alan tələbələri, eləcə də başqa universitetlərin tələbələri və müəllimləri istifadə edə bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.             

  • Paylaş: