Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Polimer Materialları İnstitutunun fəaliyyəti xüsusi karantin rejiminin tələblərinə uyğun bərpa olunub
13.05.2020 10:11
  • A-
  • A
  • A+

Polimer Materialları İnstitutunun fəaliyyəti xüsusi karantin rejiminin tələblərinə uyğun bərpa olunub

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar AMEA əməkdaşlarının işə davamiyyətinin tənzimlənməsi haqqında” 4 may 2020-ci il tarixli Sərəncamına əsasən Polimer Materialları İnstitutunda işçilərin fəaliyyəti qismən bərpa olunub.

Müəssisənin fəaliyyətinin təmin edilməsi üçün institutun direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədovun göstərişinə əsasən, yaşı 65-dən aşağı olan, gündəlik işə çıxmaları vacib əməkdaşların sayı (ümumi sayı 30 faizdən çox olmaq şərtilə) müəyyənləşdirilib və onların adları “icaze.e-gov.az” portalına yerləşdirilib.

Xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq institut binasının iş otaqları dezinfeksiya edilib və işə çıxan əməkdaşlar qoruyucu maska, spirt və digər vasitələrlə təmin olunublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: