Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Kembric Universitetinin professoru MBBİ-nin magistrantlarına mühazirə oxuyacaq
11.05.2020 12:52
  • A-
  • A
  • A+

Kembric Universitetinin professoru MBBİ-nin magistrantlarına mühazirə oxuyacaq

11 may 2020-ci il tarixindən başlayaraq Kembric Universitetinin professoru, Kembric şəhərində yerləşən Tibbi Tədqiqatlar Şurasının Molekulyar Biologiya İnstitutunun Hesablama struktur biologiyası qrupunun rəhbəri, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) Hesablama struktur biologiyası laboratoriyasının müdiri, professor Qərib Mürşüdov MBBİ-nin I kurs magistrantlarına  distant formada mühazirələr oxuyacaq.

Mühazirələr “Biologiyanın müasir problemləri” və “Struktur biologiyanın üsulları” ixtisas kurslarını əhatə edəcək və həftənin I-III və V günləri, gündə iki dəfə olmaqla, saat 13:00 və 19:00-da “Zoom” platforması üzərindən həyata keçiriləcək.

Arzu edənlər aşağıdakı link vasitəsilə mühazirələrdə iştirak edə bilərlər:

https://zoom.us/j/97788689308

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: