Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Hər bir torpaq tipinin elektrokardioqrammasını təyin etmək olar
11.05.2020 12:46
  • A-
  • A
  • A+

Hər bir torpaq tipinin elektrokardioqrammasını təyin etmək olar

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun növbəti onlayn iclası keçirilib.

İclasda Pirqulu Coğrafi Tədqiqatlar Stasionarının müdiri, aqrar elmlər doktoru Çingiz Gülalıyev “Torpaqların istilik-elektrik, hidrofiziki xassələri və onların praktik əhəmiyyəti” mövzusunda məruzə ilə çıxış edib.

Alim bildirib ki, elektrofiziki üsuldan istifadə edərək müasir GİS texnologiyaları vasitəsilə ekspress monitorinq aparmaqla ərazinin rəqəmsal elektron xəritəsini yaratmaq mümkündür. Həmçinin torpaqların genezisinin müəyyənləşdirilməsi üçün elektrik üsulundan istifadə etməklə hər bir torpağın elektrik kardioqramması yaradıla bilər. Bu, torpaqşünaslıqda torpaq tiplərinin dəqiqləşdirilməsində ən səmərəli vasitədir.

Çingiz Gülalıyev torpaq səthinə düşən Günəş enerjisinin paylanma mexanizminin dəqiqləşdirilməsində və kənd təsərrüfatı bitkilərinin rayonlaşdırılmasında torpaq temperatur rejimini formalaşdıran istilik keçirmə, istilik tutumu, istilik mənimsəmə xassələrinin öyrənilməsinin vacibliyini də diqqətə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: