www.science.az
04.11.2014 00:00

Azərbaycan və Rusiya Coğrafiya Cəmiyyətləri arasında əməkdaşlığa dair müqavilə imzalanıb

Rusiyanın Moskva şəhərində Azərbaycan Coğrafiya Cəmiyyəti (ACC) ilə Rusiya Coğrafiya Cəmiyyəti (RCC) arasında əməkdaşlığa dair müqavilə imzalanıb. Müqaviləni Azərbaycan tərəfindən AMEA Coğrafiya İnstitutunun direktoru, ACC-nin prezidenti, akademik Ramiz Məmmədov, Rusiya tərəfindən RCC-nin prezidenti Serqey Şoyqu imzalayıblar.

Müqavilə iki cəmiyyət arasında birgə tədqiqat və ekspedisiya işləri aparmağa, beynəlxalq görüşlər və konfranslar keçirməyə imkan verəcək. Bu işlərin maliyələşməsi əsasən RCC-nin qəyyumlar şurasının yaratdığı fond vasitəsi ilə təmin olunacaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.