Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Minilliyin hesabatlarının həyat fəlsəfəsi və 2020-ci ilin gerçəkləri
08.05.2020 09:14
  • A-
  • A
  • A+

Minilliyin hesabatlarının həyat fəlsəfəsi və 2020-ci ilin gerçəkləri

Bir müddətdir şüurumuzu, gündəlik davranışımızı bir kabus zəbt edib. Televizoru açdığımızda, virtual aləmdə olduğumuzda, mənzillərimizin eyvanından küçəyə boylandıqda, əlimizə telefonu alıb doğmalarımız, dostlarımızla danışdıqda, digər sosial şəbəkələrdəki paylaşmaları izlədikdə, iflic olmuş iş, səyahət  planlarımızı, hələ özümüzdən də artıq yaxınlarımız, əsas da gəncləri, uşaqları və əlbəttə ki, bir göz qırpımında iflic vəziyyətə düşən günəmuzd işləyən saysız hesabsız insanlarımızı, evə qapılmağa məhkum olmuş 65 yaşdan yuxarı vətəndaşlarımızı, üstəlik ən riskli iş rejimində xalqa xidmət edən həkimlərimizi, polislərimizi və digər peşə sahiblərimizi və s. dəyərlərimizi yada saldıqca bir az əfsanə, bir az müəmma kimi, əslindəsə reallıq, gerçəklik olan, məcazi desək, danışığımıza yoluxmuş koronavirus pandemiyası - COVID-19-u  düşünürük. Qeyd-şərtsiz yeni əsrin ikinci dekadasının bu hadisəsinin həyat fəlsəfəsi yaşamımızı dəyişib. İnsan və əxlaq, insan və sosial mühit, insan və din, bu yaşam və həyat fəlsəfəsi bizi tamamilə gündəlik və ənənəvi hər şeydən uzaqlaşdırıb. İndi hamı, məmurdan işsizə, alimdən cahilə hamı bu yeni fəlsəfədə birləşib. Dünya millətindən asılı olmayaraq bu postmodern proqramı qəbul edib, onun prinsiplərini yerinə yetirir.

Qəfil qapılarımızı döyən bu çağırılmamış qonaqla bərabər həyat fəlsəfəsinin təxmini nə vaxt  yarandığı məlum, dəyişəcəyi təqvim isə qeyri-müəyyəndir. Onun bu günə kimi “köhnə” həyatdan apardıqları canlar qarışıq hər şeyin sırası, adı, yozumu təxmini də olsa hər halda bəllidir, bundan sonra daha nə qədər itkilər olacaq, naməlumdur.

İndi düşündürən suallardan ən vacibi COVID-19 bitdikdən sonra bizi nə gözlədiyi ilə bağlıdır. Əvvəlcə bu sualın pandemiyanın cərəyan etdiyi bir vaxtda meydana atılması haqda. Belə ki, dünyada baş vermiş, xəstəliyin mahiyyətinə uyğun böyük insan təlafatı ilə bağlı olaraq bir sıra pandemiyalardan sonra dünyada əsaslı dəyişikliklər baş verib. Məsələn, tarixdə yüzminlər, hətta milyonlarla insanın ölümü ilə nəticələnən taun, vəfa, mal-qara vəbası, kalera, çiçək, sarı qızdırma və s. xəstəliklərindən sonra döyüşlərdə məğlubiyyətlər (Napolyonun Haiti döyüşlərində “Luiziana alveri” kimi), müstəmləkəçilik,  həmçinin (minilliyin 2013-2014-cü il hesabatında belə bir şərh var­: ­“Beynәlxalq­ terror­ mәqsәdilә­ istifadә­ edilәn­ müba­hi­sәli ­laborator quş­ qripi mutantları”, habelə gen la­boratoriyaları) və b. səbəblər xarakterik olub.

Əslində gözlənilənlər bu həyatımıza qəfil gələn təhlükəli koronavirusdan artıq yeni minilliyin tərəqqi hadisələrini ehtiva edir və dəyişikliklər məcmusu çoxdan məlumdur. Belə ki, qocalmış dünyanın insanlarını elə sosial, iqtisadi, psixoloji, tibbi və s. - hər mənada  müsbət,   super proqres qədər mənfi, mənfi qədər hər mənada çox mürəkkəb, hətta ağlagəlməz hadisələr gözləyir ki, bu pandemiyanın acıları (bütün xəstəliklərin yox olması xassəsi vardır) unudula da bilər.

Beləliklə, biz bu yazıda COVID-19 hadisəsindən sonra dünyanı gözləyən dəyişikliklər haqda  maraqlı, analitik bir proqram olan, bu gün yaşadıqlarımızın elmi fəlsəfəsi kimi dünyanın proqnozlaşdırılması, siyasətin planlaşdırılması və təhlili sahəsində tanınmış mütəxəssislər - futuroloq-filosoflar Cerome C.Glenn və Teodor C.Qordon tərəfindən onillər boyu yazılan, təcrübəyə tətbiq olunan BMT-nin keçmiş baş katibi Pan Gi Munun “BMT-nin, ona üzv-ölkələrin və vətəndaş cəmiyyətinin gələcəyi haqda aydın təsəvvürlər yaradan məlumat xarakterli bir nəşr”, - kimi yüksək qiymətləndirdiyi “Minilliyin hesabatı” sənədlərində yer alan “Gələcəyin durumu”, “15 qlobal çağırış” fəsillərindəki proqnozların təhlil və şərhini verməklə insanlarımızı həm ümumi narahat səpkili məlumatlardan ayırmaq, eləcə də optimizm təlqin etməyi məqsədəuyğun hesab edirik.  

İkincisi, 2001-ci ildən başlayaraq BMT-nin, Amerika Şurasının, 2007-ci ildən Ümumdünya Birləşmiş Millətlər Assosiasiyalar Federasiyasının tərkibində, 2014-cü ildən isə müstəqil fəaliyyət göstərən nəhəng Minilliyin Hesabatı Analitik Mərkəzinin “Minilliyin hesabatı” sənədi XXI əsrin “qazandığı” və “itirdiyi” nəticələri, habelə problemin həlli yollarını işıqlandırır, bütövlükdə dərin elmi proqnozlar təqdim edir, planetin sağlam gələcəyini planlaşdırır, elm olmasa da, ənənəvi elmdən fərqlənməyən metod və metodologiyası ilə müasir dünyanı daha dərindən dərk etmək üçün geniş üfüqlər açır. Onu da qeyd edək ki, “Minilliyin hesabatı” sənədlərində cızılmış, həm də dərindən cızılmış yeni dünya həyat fəlsəfəsinin xəritəsi faktlar, dəlillərlə şərh edildikcə yaşam-ölüm müstəvisində çox böyük yaxınlaşmalar müşahidə oluna bilər ki, bu başdan heç kəs narahat olmamalı, hamı dərk etməlidir ki, həyatın sonunu Allahdan başqa heç kəs bilmir və bu cür qərarlar olarsa, onların da sahibinin yaradanı yenə Allahdır.  Müqəddəs kitabımızda yazılıb : “Allahın izni olmadan bir yarpaq belə düşməz” .      

Ona görə də hamı dünyanı tərəqqidə təsəvvür etsin. Bəli, gələcəkdə insanlar çox yaşayacaqlar, sosial rifah güclü olacaq, müharibələr, münaqişələr bitəcək, bəşər köhnəlmiş texnologiyalarla vidalaşacaq, süni intellektin daha yüksək yenilik nəticələri hamını heyran qoyacaq. Süni  intellekt həyata, dünyagörüşünə, hətta adi məişətə elə geniş tətbiq ilə müşahidə olunacaq ki, buna bütün planet çoxdan hazır olsa da, təəccüb içərisində olacaq, sonra tədriclə ona uyğunlaşacaq, onun bir parçası olacaq. 

Yaxın gələcəkdə tədrisin elekton müəllimlərlə əvəzlənməsi, təhsilin onlayn keçirilməsi, tibbin, səhiyyənin, elmi işlərin onlayn qaydada icrası, polisin, məhkəmələrin elektronlaşdırılması, metronun, avtomobillərin və çox müxtəlif sahələrin süni intellekt imkanları ilə kütlənin həyat tərzi, yaşam kökündən dəyişəcək. Ənənəvi etik meyarlar genişlənəcək, hüquq, ədalət bütün cəmiyyətlərdə hakim olacaq.   

Əlbəttə, bu gün hər kəs COVID-19 kabusunun nə vaxt, necə məhv ediləcəyi haqqında bilik, maariflənmə marağındadır. Bu baxımdan bu yazıda “Minilliyin layihəsi” proqramının “Gələcəyin durumu” və “15 qlobal çağırışı” fəsillərindən ucalan yeni dünya, yeni həyat fəlsəfəsini ehtiva edən müsbət xarakterli proqnozlara söykənən elmi nəticələr kimi COVID-19- da daxi olmaqla, dünyanı gözləyən SOS-lar, siqnallar barədə də məlumatlar yer alıb və fikrimizcə, son ayların ümumi mövzu ana xəttinə köklənmiş kütlə çox da uzaqlarda olmayacaq...

Konkret olaraq 15 qlobal çağırışa daxil olan problem suallar bunlardır: 1. Qlobal iqlim dəyişikliyini həll edərkən hamı üçün davamlı inkişafa necə nail olmaq olar?, 2.Hər kəs üçün, münaqişəsiz, kifayət qədər təmiz suya necə sahib ola bilərik?, 3.Əhalinin artımının mövcud olan resurslarla balansa gətirilməsi, 4. Avtoritar rejimlərin əsil demokratiyaya çevirilməsi, 5. Siyasi strategiyanın qlobal uzunmüddətli perspektivlərə uyğunlaşdırılması ilə qərar qəbuletmə necə artırıla bilər?,  6. Qlobal informasiya və kommunikasiya texnologiyaları, eyni zamanda maşın bilikləri və bulud hesablamaları hamı üçün necə işləyə bilər?, 7. Etik bazar iqtisadiyyatı zəngin və kasıb arasındakı uçurumun azaldılması üçün necə təşviq edilə bilər?, 8. Yeni və yenidən əmələ gələn xəstəliklərin və mikro-orqanizmlərin təhlükəsi necə azaldıla bilər?,  9. Təhsil və  tədris  bəşəriyyəti qlobal problemlərin  həllində necə daha ağıllı və müdrik edə bilər?, 10.Ümumi dəyərlər və yeni təhlükəsizlik strategiyaları etnik münaqişələri, terrorizm və kütləvi qırğın  silahlarının istifadəsini necə azalda bilər?, 11. Qadınların dəyişən statusu insan amilinin yaxşılaşdırılmasına necə kömək edə bilər?,  12.Transmilli mütəşəkkil cinayət şəbəkələrinin daha da güclü və inkişaf etmiş təşkilata çevrilməsinin qarşısını necə almaq olar?, 13. Artmaqda olan  enerji tələbatı təhlükəsiz və səmərəli şəkildə necə qarşılanmalıdır?, 14. İnsan vəziyyətini yaxşılaşdırmaq üçün elmi və texnoloji nailiyyətləri necə sürətləndirmək olar?, 15. Etik baxışlar qlobal əhəmiyyətli qərarlara daha sadə şəkildə necə əlavə oluna bilər?.

Göründüyü kimi çağırışlar bir-birləri ilə sıx bağlıdırlar və hər biri insan, onun indisi, gələcəyi, rifahı, həyati problemləri, təhlükəsizliyi mahiyyətindədir. Eyni zamanda insanın ümumi evi, planetin varolma və yoxluq xəritəsi bu sənəddə rəqəmlərin reallığı ilə rəsm edilib. Çağırışlar sənədinin xülasə hissəsində göstərildiyi kimi “onlardan birinin digərindən vacib olduğu haqda mübahisə etmək insanın sinir sisteminin tənəffüs sistemindən vacib olduğu haqda mübahisə etməyə bənzəyir”(http://107.22.164.43/millennium/SOF2007-Azeri.pdf). 

Beləcə, bu 15 qlobal çağırışın hər biri planetin bütün ölkələri və xalqlarına aiddir.  Məsələn, 1-ci çağırış - iqlim problemini götürək, dünyada cərəyan edən qlobal istiləşmə müxtəlif xəstəliklərin, o cümlədən epidemiyaların yayılmasına, torpaqlarda quraqlığa, bundan irəli gələrək kənd təsərrüfatının məhsuldarlığının aşağı düşməsinə, heyvanların və digər canlı orqanizmlərin kəskin qırılmasına, həmçinin dənizlərin səviyyəsinin qalxmasına gətirib çıxarır ki, bütün bunlar insanın normal yaşamında fəlakətlərlə nəticələnir.

İqlim qlobal problemi ilə bağlı hələ 2004-cü ildə Bri­ta­ni­yanın “Ob­ser­ver” həftəliyinin əməkdaşlarının Pentaqonun məxfi he­sabatlarından ələ ke­çi­rib, yaydıqları məlumatlar il-ildən, gündən-gün­ə aktu­al­lıq­ kəsb etməklə bərabər, reallığı əks etdirməsi ba­xı­mın­dan da əhəmiyyət kəsb edir (“Leaked Pentagon Report Wa­rns Climate Change May Bring Famine, War” (https://www.iatp.org/news/leaked-pentagon-report-warns-climate-change-may-bring-famine-war). Həmin məlumatlarda 16 il sonra, yəni 2020-ci il üçün də­ proqnozlar verilib. “Observer”in əldə etdiyi məxfi sənəddə göstərilir ki,­ “mətbuata sı­­zan­ Pentaqon hesabatı iqlim dəyişmələrinin qıtlıq və­ mü­ha­ri­bəyə səbəb ola bilə­cə­yini xəbərdar edir”. Andrey Marşall tərəfindən hazırlanan Pentaqon hesabatında "öl­kələrin azalmış qida, su və enerji təminatında kəskin dəyişikliklər planeti anar­xi­yanın sərhəddinə gətirə  bilər".  Belə ki, ölkələr bu resursları qorumaq və təmin et­mək üçün nüvə təhdidini meydana atırlar. Hesabat müəllifləri hesab edirlər ki, “iq­lim dəyişikliklərinə “dərhal” və mühüm siyasi və hərbi problem kimi baxılmalıdır. Av­ropanın temperaturu 2020-ci ilədək radikal şəkildə aşağı düşəcək. Məsələn, İn­gil­tərədə Sibirdə olduğu kimi qış olacaq. Avropa və ABŞ şəhərləri dəniz səviyyəsinin yüksəlməsi və ya quraqlıq nəticəsində dözülməz iqlim şəraiti ilə üz-üzə qaldıqda milyonlarla miqrantı uzaqlaşdırmağa çalışaraq "virtual qalalar" halına gələcək. İçməli su və enerjinin "dözülməz" çatışmazlığı 2020-ci ilə qədər geniş müharibəyə səbəb olacaq. Hətta müəlliflərdən biri Rendall öz tapıntılarını "acınacaqlı şeylər" adlandırıb və gələcək fəlakətlərin qarşısını almaq üçün hətta gec ola biləcəyini ifadə edib: “İqlim və ekoloji dəyişikliklərin hesabatı siyasi, hərbi strategiyada yenidir və liderlər qarşısına mürəkkəb və vacib vəzifələr qoyur. Bu unikal fəlakət milli təhlükəsizlik məsələsidir, ona görə onun üstünə silah qaldırılacaq düşməni yoxdur və biz bu fəlakəti nəzarətdə saxlaya bilməyəcəyik”.  Hesabatdan alınan analitik nəticə isə bundan ibarətdir ki, “qırğınlar və münaqişələr həyatın endemik xüsusiyyətləri olacaq. Yenə də müharibə insan həyatını təyin edə­cək­" ­(https://www.iatp.org/news/leaked-pentagon-report-warns-climate-change-may-bring-famine-war).

Tədqiqat obyektimiz olan “Minilliyin hesabatı”nda bu məxfi sənəddəki məlumat təsdiqlənir və belə bir müqayisə ilə suyun dünya üçün qlobal çağırış olduğu  proqnozlaşdırılır: “Ətə olan qlobal təlabat 2025-ci ilə qədər 50% və 2050-ci ilə qədər iki dəfə arta bilər və bu da adambaşına suya olan təlabatı daha da sürətləndirə bilər (bir hamburger istehsal etmək üçün 2400 litr su istifadə olunur, bir dəri ayaqqabı istehsal etmək üçün 8000 litr su istifadə olunur). BMT bunun qarşısını almaq üçün 2020-2030-cu il arasında hər il 50-60 milyard dollar ehtiyac olduğunu təxmin edir”.

Heç də təsadüfi deyil ki, 2015-ci ildə Dünya İqtisadi Forumu su böhranını cəmiyyətə təsir baxımından ən böyük qlobal risk və ehtimala əsaslanan səkkizinci qlobal risk kimi müəyyən edib, buna misal olaraq dünyada içməli suyun əsas mənbəyi olan qrunt sularının tükənməkdə olduğunu və onun istifadəsinin son yüzillikdə insan artımından iki dəfə sürətlə artdığını  göstərib.

“Minilliyin hesabatı” sənədinin “Gələcəyin durumu” adlanan I fəslində müəlliflərin ciddi tədqiqatlara əsaslanaraq açıqladıqları “Dünya Bankının qiymətləndirməsinə görə iqlim dəyişikliyinə uyğunlaşmaq inkişaf edən ölkələrə ildə 10-40 milyard dollara başa gələcək. İri sığorta şirkətlərinin dəyərləndirmələrinə görə isə iqlim dəyişikliyi səbəbindən baş verəcək iqtisadi itki onillik ərzində ildə 150-300 milyard dollara çata bilər” məlumatına əsaslansaq və hadisələrin gedişatına bu gündən qiymət versək, nəzərdən keçirilən proqnozları verənlərin və eləcə də “Observer”in yanılmadıqları aydın olur.  

Bu proqnozlardakı su həyəcanı - təmiz su qlobal hadisəsi 2-ci çağırışında öz əksini tapıb.  Su həyatın cövhəridir. İnsanın yaşaması üçün ən ümdə qida hava və sudur. Ancaq bu iki mənbənin müqayisəsində su və bu qütbdə təmiz, içməli su birici yerdə dayanır. Çox narahatedici bir haldır ki, dünyada bu cövhər tükənmək üzrədir. Belə ki, “təxminən 2 milyard insan evlərində təhlükəsiz su təminatına sahib deyil. 844 milyon nəfərin təhlükəsiz içməli su xidmətlərinə girişi yoxdur (bunlardan 263 milyon nəfər su toplamaq üçün 30 dəqiqə yol qət edir və 159 milyon insan yerüstü su mənbələrindən təmizlənməmiş su içir)”. “Minilliyin hesabatı” bunu da xəbərdar edir ki, “2025-ci ilədək 1,8 milyard insan su çatışmayan ərazilərdə yaşayacaq, bu da kütləvi köçlərə səbəb olacaq. Biz təkcə ehtiyatları yenidən paylaşdırmaq üçün siyasətlər qurmaqla kifayətlənməyib daha çox su yaratmalıyıq. Bioyanacaqlar, insanlar və heyvanlar üçün qida, kağız sənayesi üçün xammal istehsal etmək məqsədilə səhra sahil xətlərinin 24,000 kilometri boyunca suyun kütləvi şəkildə şirinləşdirilməsi, həmçinin dəniz suyu ilə işləyən kənd-təsərrüfatı proqramlarının həyata keçirilməsi zərurəti meydana çıxacaq”.

Minilliyin hesabatlarında bu da xüsusi vurğulanır ki, “təmiz suyun və elementar sanitariyanın əldə olunması insan haqlarına çevrilməlidir”. Digər hesabatlarda “suya qənaət məqsədilə” mal-qaranın böcəklərlə qidalanması, hey­van­la­rın gövdə hüceyrələrindən ət istehsal edilməsi və həmçinin kütləvi akva qi­da­lan­ma mədəniyyəti də  tövsiyyə olunur. Sitat: “Məhsuldar şumluq torpaqları əldə sax­la­maq üçün kütləvi səylərə ehtiyac var. Heyvani zülala olan təlabat 2020-ci ilədək 50% arta bilər və bu da genetik cəhətdən şəklini dəyişmiş ərzağa, akva-mə­də­niy­yə­tə (insan istehlakı üçün müxtəlif heyvan və bitkilərin yetişdirilməsi) və heyvanın bö­yüdülməsi zərurəti olmadan heyvanların gövdə hüceyrələrindən istifadə etməklə ət­ toxumalarının (heyvanın yaradılması zərurəti olmadan) istehsal edilməsinə kütləvi sərmayələrin qoyulmasına təkan verə bilər” (http://107.22.164.43/millennium/SOF2007-Azeri.pdf),   Əlbəttə bu proqnoz və qərar bizim “nəsil”in həyat – yaşam fəlsəfəsi  baxımından qida mədəniyyətində ənənəvilikdən qopmaq kimi ciddi bir hadisədir.

Onu da qeyd edim ki, “Minilliyin hesabatı” su problemi ilə əlaqədar olaraq insanların təmiz su ehtiyatlarının bol olduğu ərazilərə köçürülməsini də nəzərdə tu­tur. Əlbəttə, bu məsələ enerji ehtiyatları ilə bağlı da düşünülən məsələdir və etno-mil­li psixoloji baxımından identiklik bunu xoş qarşılaya bilməz. Lakin unut­ma­ma­lı­yıq ki, miqrasiya tarixində ehtiyaclar ilkin şərtdir və bunun tarixlər boyu çox mi­salları var. Bu son fəlakət hadisəsi COVID-19-a kimi dünyanın miqrant xəritəsində qabaqcıl ölkələrə köçməyə meyilli olmayan millət, xalq vardımı?  Sözsüz olaraq bu kütlə də həmin qabaqcıl dövlətlərin maddi və mənəvi resurslarından faydalanmaq üçün öz ölkələrini tərk ediblər və ya bu məqsədlə yola çıxıblar. Həmçinin də bizim milli varlığımızda suyun müqəddəs olduğu və “savab”dır kəlməsi ilə dominant paylaşma ənənəsi var. Bir qrup insanın suyu artıqlaması ilə işlətməsi, hətta israf etməsi fonunda digər bir insan qrupunun suya həsrət olması humanizm, nəciblik hissinə də sığmır. Planet bütün insanların məskənidir. Bundan başqa insanların təmiz su ehtiyatlarının bol olduğu ərazilərə köçürülməsi reallaşa biləcəyi təqdirdə miqrantların çox hissəsi eyni dinə və eyni millətə aid toplumlar da olacaq. Çünki bu gün ABŞ və Avropanın milyonlarla vətəndaşı gəlmələrdir. Əlbəttə digər resurslara ehtiyac olmazsa, elmi tərəqqi böyük yollar qət etmədən də su təlabatını yerüstü və yeraltı yollarla reallaşdıra bilər.

“Əhalinin artımını mövcud olan resurslarla balansa necə gətirilməli” adlanan 3-cü çağırış bu gün, yəni cərəyan edən təhlükəli pandemiya vəziyyətində hamını elə çağırışların 8-cisi - “Yeni və yenidən əmələ gələn xəstəliklərin və mikro-orqanizmlərin təhlükəsi necə azaldıla bilər?” qədər ciddi düşündürür. Həm də ona görə ki, geniş informasiyalar, haradasa təxribat ruhlu məlumatlar qarşıda dünyanı gözləyən dəyişiklər fonunda iİnsanın süni surətdə məhv edilməsi fərziyyəsini dövriyyəyə daxil edib. Bu məlumatlar hazırda 7.5 (~7.8.) milyard təşkil edən dünya əhalisinin azaldılması, yaşlı nəslin məhv edilməsi kimi heç bir dəqiq mənbəsi və əsası olmayan düşüncəni formalaşdırarkən COVID-19-un gen laboratoriyalarında hazırlandığını, bu bəladan qurtulmaq üçün əhaliyə peyvəndlər təklif olunacağı və bununla da 1 il, hətta 6 ay ərzində kütləvi ölümlərin baş verəcəyi fikrini, fəziyyəsini irəli atırlar.

Belə “naümid” fərziyyələrdən birində elə qorxulu “nağllardan” bəhs olunur ki, təəccüb etməyə bilmirsən. Məsələn, Mehmet Emin Sofuoğlunun “Dünya əhalisini azaltma layihəsi” adlı məqaləsində dünya əhalisinin azaldılması layihəsinin nəzəriyyə olaraq qaynaqlandığı mənbənin ABŞ-ın Corciya ştatının Elbert qəsəbəsində “Yeni dünya quruluşu üçün 10 “əmr”in yer aldığı “Dünya nüfuzunun 500 milyona endirilməsinin vacibliyinin bildirildiyi – 1980-ci ildə hazırlanmış,  qranit “Corciya  yol göstərən daş abidəsi olduğunu bəyan edir (https://www.­habervakti.­com­/komplo-teorisi-sandiginiz-gercekler-1-makale,2224.html). ­

Mənbə göstərir ki, “Abidə üzərində yer alan ingiliscə, ərəbcə, ibranicə və o bölgədə yaşayan hinduların  istifadə etdiyi svahili dilinin də olduğu 8 fərqli dildə yazılan, “Yeni dünya quruluşu  üçün 10 əmr” bunlardır: 1. İnsan nüfuzunu, daima  təbiətə uyğun olaraq 500 milyonun altında saxla; 2. Fərqliliklərin və  əsillərin  inkişafının  yüksəlişini,  müdrikliklə idarə et; 3. İnsanlığı, yaşayan yeni bir dil ilə birləşdir; 4. Maraq, inanc, ənənə və hər şeyi yönəlt; 5. İnsanları və millətləri, ədalətli qanunlar və məhkəmələr ilə qoru; 6. Bü­tün anlaşmazlıqları, ölkələrdən yuxarıda dayanan bir məhkəmədə birləşdir; 7. Kiçik qanunlar və istifadə olunmayan protokollardan uzaq dur; 8. Vətəndaş haq­ları, sosial vəzifələr ilə əvəzlə; 9. Gerçəyi, gözəlliyi, sevgini sonsuzluqla həm­ahəng tutmaq arayışını təqdir et; 10. Dünyada bir  xərçəng olma,  təbi­ətə, təbiiliyə yer  ayır.  Abidənin üzərində, tarixdən genetik olana, sosial elimdən fizikaya  qədər bir çox  məlumat  var. Bu  abidə, bəhs etdiyimiz Yeni Dünya Nizamını açıqlamaqdadır. Abidənin olduğu yerin altındakı torpağa da, “Zaman kapsulu”  basdırılıb və üzərinə  belə yazılıb: “Buradan 6 metrə aşağıda yer alan kapsul, bir gün açılacaq!”.

Lakin idealist mövqeyimiz öz yerində, gələcəyin planlaşdırılmasını kifayət qədər ciddi oxuyub mənimsəyərək məsuliyyət hissi ilə bildirməliyik ki, necə deyərlər “dünya başları” ən azı bütün bəşərə qarşı belə bir dəhşətli, yəni 7,5 milyard insanı 500 milyona qədər azaltmaq terror aktını həyata keçirməzlər və bugünkü dünya birliyinin görünən təşəbbüsləri bunu təsdiqləmir. “Minilliyin hesabatı” sənədinin “Əhalinin artımını mövcud olan resurs­lar­la balansa necə gətirilməli” çağırışında isə ilk olaraq dünya əha­lisi­nin yüksək ölüm sayından aşağı ölüm sayına enməsindən, digər tərəfdən bəzi ölkə­lər­də, mə­sə­lən, “Afrikada bu gün yaş meridianının 20-dən aşağı olmasından (yeganə re­gi­ondur) , bundan başqa 2050-ci ilədək 60 və 60-dan daha çox yaşı olan əhalinin faizi 10%-dən bir az çox olacağından, QİÇS xəstəliyi səbəbilə Bots­vanada həyat davamlılığının 35 yaşa endirməsindən”, lakin “BMT-nin aşağı proqnozuna əsasən, 2050-ci ilədək əhalinin sayı düşməyə başlamamışdan daha 2,8 milyard nəfər arta və bu artımın 2100-cü ilədək 5,5 milyarda çata biləcəyindən, həmçinin texnoloji irəliləyişlərin bu proqnozları növbəti 50 il ərzində dəyişərək insanlara bu gün mümkün olan həyatdan daha uzun və daha səmərəli həyat sürmək imkanı verəcəyindən” bəhs olunur”.  Eyni zamanda bu və bu qəlib sadalanan qlobal proqnozlar ABŞ, Afrika, Asiya, ümumi miqyasla Avropanı ehtiva edir ki, əlbəttə ki, bunlar bütün dünya dövlətləri demək deyil və problemlər də ucdantutma bütün bəşərə aid və şamil edilə bilməz.

Ancaq əlbəttə ki, dünyа tаriхində əhаli аrtımı sürətlə genişlənməkdədir.  BMT-nin vеrdiyi məlumаtа görə əgər təxminən 110 il ərzində (XIX-XX əsrdə) dünyа (1820) 1,0 milyаrd insandan (1927) 2 milyarda, bu müddətdən 30 il sоnrа (1960) 3 milyаrda qədər, bundan da yenə təxminən 25 il sonra (1987)  2 milyard artıb 5 milyard olmuşsa, 1987-ci ildən bu günə kimi yəni, 37 il  ərzində isə çoxalaraq (2.5 milyard) 7,5 rəqəminə çatıbsa və bu artım sürəti sonrakı 20, 30 il sonralara hesablananda dünyа əhаlisinin 2030, 2050-ci illərdə artıq оrtа hеsаblа 9.,6, 11,5 milyarda çatacağı reallıq və məskunlaşma, iş yerləri, içməli və ümumiyyətlə su, qida, enerji ehtiyacları baxımından partlayışınproqnozlaşdırır. Bu baxımdan doğurdan da dünyanın başı “dərddədir”, planet “xəstədir”...

"Minilliyin hesabatı"nın 2011-ci il nəticələrindən qaynaqlanan “Əhali: planetdə insan çox deyilmi? ("Population: One Planet, Too Many People" )” məlumat yazısında  da dünyanın  bu vəziyyəti rəsm edilir.

Yeri gəlmişkən deməliyik ki, “müasirimiz pandemiya – COVID-19”-suz da, onun adı ilə peyvəndləşmə vasitəsi ilə guya kütləvi məhv ediləcək insan sayı hər gün müxtəlif,  elə vərəm, quş, donuz qripləri, Ebola, Zika, QİÇS, şəkər, insult, infakt, xərçəng, piylənmə və s. xəstəliklərdən, təbii fəlakətlərdən, yoxsulluq, müharibə, terror, cinayət və müxtəlif səbəblərdən məhv olub azalır. Bəs bu azalmalar?

“Əhalinin artımını mövcud olan resurslarla balansa necə gətirməli” çağırışında şəhər-kənd məsələsi günün ən mühüm problemi kimi təhlil edilir. Göstərilir ki, hazırki mərhələdə əhalinin yarısı şəhərlərə üz tutub yerləşibsə, 2050-ci ilə qədər  bu 2/3-səviyyəsində ola bilər. Qəribədir ki, çağırışda da qeyd olun­du­ğu kimi “Şəhər əhalisinin təqribən 1/3 hissəsi xarabalıqlarda yaşamağı belə qəbul edir­lər və 2030-cu iləcən xarabalıq sakinlərinin sayı ikiqat artacaq”.

Onu da qeyd etməliyik ki, dünya qarşısında əhali ilə bağlı dayanan ən mühüm və­zi­fələrdən biri şəhərçilik, həm də meqapolis şəhərlərin Eko, Yaşıl, eyni za­man­da Ağıllı-Smart, hətta ideal şəhərlərə çevrilməsidir. Məsələn, 2011-ci ildə dünya üz­rə yeganə Yaşıl şəhər Hamburq seçilib. Çünki Hamburq Avropa və ümu­miy­yətlə dünya şəhərləri arasında Eko-şəhər kriteriyalarına ən yüksək dərəcədə ca­vab verir. Gələcəkdə dünya liderləri qarşısında dayanan vəzifələrdən biri də həm hazırda mövcud olan 30 meqapolis şəhərin və gələcəkdə sayı 50-yə yetəcək bu tip əhalisi 10 milyondan çox şəhərin Eko-Yaşıl və həmçinin Ağıllı-Smart məkanlara çevrilməsidir.

Əgər biz şəhərçilik - Eko, Yaşıl və Smart meyarları ilə öz ölkəmizə nəzər salsaq, müstəqillik dövründə rayon şəhərləriniin xeyli inkişaf etdirildiyini, bununla bərabər qarşıda çox görməli işlərimizin olduğu qənaətinə gələrik. Xüsusən də cənnətməkan rayonları tərk edib paytaxta axışan əhalinin çox sayda maşınlar, o cümlədən qazla işləyən maşınlar, tullantılar, ağacların kütləvi kəsilməsi və s. təbii və kortəbii olaraq ekologiyanın kirlənməsinə səbəb olması bizim Bakının Eko, Yaşıl, İdeal  şəhər olmasını günbəgün geri salır.

Beləliklə, şəhərlərdə toplaşan və ümumiyyətlə bütün əhalinin vəziyyəti ilə bağ­lıdaha doğrusu günümüzün həyəcanı olan insan faktoruna qeyri-insani mü­nasibət, yəni bəşərin süni formalarda dünyadan “qovulması” haqqında fər­ziyyələr elmi və hüquqi mənbələrə söykənmir. Əksinə hesabat xəbərdar edir ki, məsələn, hazırda Dünyadakı uşaqların 25%-i protein-enerji çatış­ma­z­lı­ğın­dan əziyyət çəkir, bu da əqli inkişafın zəifləməsinə səbəb olur.  BMT-nin orta proq­nozuna əsasən 2045-ci ildə yaşı 60-dan yuxarı olanların sayı yaşı 15-dən aşağı olanların sayından çox olacaq. Bu gün yaşlı insanların təqribən 65%-i inkişaf etməkdə olan ölkələrdə yaşayır. 2050-ci ilədək bu göstərici təqribən 80% olacaq. 2050-ci ilədək əhalinin sayı düşməyə başlamamışdan daha 2,8 milyard nəfər arta və 2100-cü ilədək 5,5 milyarda çata bilər, lakin texnoloji irəliləyişlərin bu proqnozları növbəti 50 il ərzində dəyişərək insanlara bu gün mümkün olan həyatdan daha uzun və daha səmərəli həyat sürmək imkanı verəcəyi ehtimal olunur”. Deməli dünya ən yaşlı varlıq  qocalarla bərabər, uşaqların sağlamlığına, bununla da uzun ömürlülüyünə diqqət yönəldir.  Bəli, elə ölkələr vardır ki, əhali həddən artıq çox və yaşam meyarları ən aşağı səviyyədədir. Hələ keçən əsrin 60-cı illərində yaradılmış Roma klubunun 3 məruzəsindən biri əhali artımının azaldılması üzrə olub və məhz həddən ziyadə əhalisi olan dövlərləri ehtiva edib. Məgər bu dünyaya sirrdir? Məsələn, Çində bu problem üzrə böyük məbləğlərdə qrant layihələri həyata keçirilir. Hesabat da məhz buna işarə edilir: “Əhali artımını azaldan amillərin hələ də gücləndirilməyə ehtiyacı var”.    

Hesabatın 3-cü çağırışında o da xüsusi olaraq vurğulanır ki, “Bütün balıq ehtiyatlarının 1/4-i tükənib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının qiymətləndirmələrinə əsasən, şəhərin su ilə bağlı tələbləri artdığı halda kənd təsərrüfatına 2030-cu ilədək əlavə 2 milyard nəfəri qidalandırmaq üçün tələb olunan suyun miqdarı 60% artırılmalıdır. Kənd təsərrüfatı torpaqlarının təqribən 40%-i orta və 9%-i isə yüksək dərəcədə korlanıb və ümumi məhsuldarlıq 13% azalıb. Daha düzgün insan-təbiət vəhdəti sayəsində kifayət qədər qidalanma, sığınacaq, su və sanitar xidmətlər olmadan, miqrasiyalar, münaqişələr və xəstəliklər qaçılmaz görünür. Hesabat Avropa ölkələrinin proqnozlarını belə şərh edir: “Avropanın yaşlanan əhalisi, durğun artım, 2050-ci ilədək əhalinin layihələşdirilmiş şəkildə 70 milyon azaldılması və gənc əhalinin azlığı təqaüd və sosial sığorta sistemlərində, daha çox uşaq üçün təşviqedici vasitələrdə və mühacir əməyində baş verən artımlarda dəyişikliklərin meydana gəlməsinə təkan verərək, beynəlxalq münasibətlərə, mədəniyyətə və sosial quruluşa təsir göstərəcək”.

Avropada belə pozitiv mümkün oldu, bəs Afrika qitəsi, Asiya, Cənubi Koreya və s. çox əhalisi olan ölkələr?

Bəli, ildə təxminən 30 milyon artıma qarşı 81 milyon artan dünya əhalisi hət­ta vücud olaraq ağırdır. Onun “avadanlıqları” ilə yerləşməsini, təhsilini, iş ye­ri­ni, qidalanmasını, sağlamlığını, təhlükəsizliyini tənzimləmək ən qlobal prob­lem­dir və­ ən optimal variantı, təklifi düşünmək elm-intellekt xaricindədir, buna gö­rə­ də “Allahın biləcəyi” bir işdir.

Bu baxımdan əhalinin  artımı ilə bağlı  həm "Minilliyin hesabatı"nda və həm də bu məzmunda çoxsaylı medya yazılarındakı proqnozların davamı kimi  diqqətimizi 15 qlobal  çağırışın 8-cisi əhali, insan artımı vəziyyəti bütövlükdə insan probleminin və yeni dövrün həyat fəlsəfəsinin ən ümdə məsələsi və eyni zamanda da bugunkü COVID-19 bəlasına uyğun tədqiqata yönəldirik.

Əvvəla, "Minilliyin hesabatı"nın hələ 2007-ci il xülasəsində bildirilib ki, “Bütün insanlar üçün sağlamlığa və təhlükəsizliyə nail olunmasına cəhd etmək gülünc hesab olunur. Həmçinin təkbaşına fəaliyyət göstərən bir fərdin kütləvi qırğın silahı düzəltməyəcəyini və ondan istifadə etməyəcəyini və ya sərhədlərsiz asan səyahətin mövcud olduğu və bioloji müxtəlifliyin azaldığı bir dövrdə insanları və heyvanları şəhərdə cəmləşdirdiyimiz bir şəraitdə pandemiyanın ciddi şəkildə artmayacağını düşünmək belə gülməlidir. Hal-hazırda dünya 25 milyon insanın ölümünə səbəb ola biləcək, hava yolları şirkətlərinə, turizmə və digər iqtisadi sektorlara saysız-hesabsız zərbə vuracaq H5N1 quş qripi virusu nəticəsində meydana çıxa biləcək irsi dəyişkənliklər üçün hazırlaşır (http://107.22.164.43/millennium/SOF2007-Azeri.pdf”). 

İqtibasda yer almış fikir və xüsusən də son  cümlə  bugünün təhlükəsi olan pan­de­mi­ya COVID-19-u ehtiva etmirmi?

Hesabatda narahatedici bir vurğu da diqqəti cəlb edir: “Digər problemlər gen la­boratoriyalarından və naməlum nano-orqanizmlərdə olan süni bakteri­ya­lar­­dan törəyə bilər”. Bu narahatedici məsələnin çox müxtəlif izah, ehtimal, fər­zi­yyə­lərinə varmadan, müasir leksiondakı “vurğularla” səsləşməsini də qabartmadan diq­qətli oxucuların yadına illərlə həvəslə izlədiyimiz laboratoriya insanları məzmunlu serialları, bəşərin öz arzularından peyda olmuş süni mayalanma kimi “texnologiyaları” salmaq istəyirəm. Bunlar da o “gen” la­boratoriyalarının varisləridir. Həmçinin elm hələ 13 il əvvəldən bizi gözləyən bu bəla və onun mənbəyini  proqnozlazdırıb.

2007-ci ilin hesabatı, həmçinin necə ki, belə uzaqgörənliklə ÜST-nin MERS  və­ SARS Cov2 virusu kimi təhlükələrə cavab vermək üçün yeni qaydalar, im­mu­ni­­zasiya prqoramları və Qlobal Epidemiya Həyəcanı və Tədbirlər Şəbəkəsi hazır­la­dı­ğı haqda məlumat verib, eləcə də gen la­boratoriyalarının fəalyyəti reallıqdır.

Məsələn, “alimlər malyariya paraziti daşımayacaq ge­ne­tik cəhətdən modifikasiya edilmiş ağcaqanadın düzəldilməsi üzərində iş apa­rırlar. Nə vaxtsa dərmanlar məlum və naməlum səbəblərdən meydana gəlmiş infeksiyaların qarşısının alınması üçün immun sistemimizi inkişaf etdirə bilər və edilmiş bir vaksinasiya daimi ola bilməklə yanaşı, gələcək nəsillərə də irsən keçə bilər” (http://107.22.164.43/millennium/SOF2007-Azeri.pdf). Bununla da o məşhur filmlərin Allah yaratmayan – loboratoriya insan nəsilləri artar.

2018-ci ilin hesabatında isə bizim üçün xüsusilə maraqlı olan COVID-19-un  “əc­dadı” Cov, koronavirus nəsli haqqında açıq məlumat verilir. “2015-ci ilin fev­­ral ayına olan məlumata görə, insan sağlamlığına koronavirus (MERS-CoV) ilə yoluxma halları ümumilikdə 971 laboratoriya tərəfindən təsdiqlənmiş, ən azı 356 ölümlə nəticələnmişdir. İlk dəfə 2012-ci ildə Səudiyyə Ərəbistanında görünən MERS, dünya miqyasında yayılmağa davam edir”.

Maraqlıdır ki, bizim dövrün ən çox yoluxucu xəstəlikləri arasında Ebola, Zika, Cuhunkiya Cov (MERS-CoV), (SARS-CoV),  nəslinə yaxınlığı ilə seçilirlər və 2012-ci il, ondan əvvəl və bu günə kimi çox ölkələrin o cümlədən, Azər­bay­ca­nın Səudiyyə Ərəbistanına, həmçinin 2015-ci ildən bu yana ABŞ-a, Çinə səfərləri ge­niş olub. Ancaq sevindiricidir ki, heç bir  yoluxma və ölüm qeydə alın­ma­yıb. Lap heç COVID-19-u yada salmayaq, maraqlı deyilmi, niyə ABŞ-ı cənginə almış və bu gün də yaxasını buraxmayan Ebola, Zika yoluxucu xəstəlikləri ən az faizlə olsa belə dünyada yayılmamış, həmçinin bu mövzu nə əcəb operativ mediaya iz salmayıb?

Bu baxımdan ehtimal ki, 8-ci çağırışın başlığı - “Yeni və yenidən baş qaldıran xəstəliklər” ide­­yası elə bu, - COVID -19  kimi gözlənilən pandemiya hadisəsindən xəbər ver­miş­­dir. Təsadüfi deyil ki, hesabat konkret olaraq bizim çağdaş 2020-ci il üçün ÜST-ün hesabatını təşviq edib. Sənəddə deyilir: “ÜST-nin Avropa üzrə Regi­o­nal Ofisi Səhiyyə 2020 (yeni sağlamlıq siyasət strategiyası) və onu müşayiət edən Av­ropa Fəaliyyət Planını nəşr edib ki, hər iki sənəd tərəqqi təmin etmək və üzv dövlətləri hesabatlandırmaq üçün ÜST-ə səlahiyyət verən 53 üzv dövlət tərəfindən təsdiq edilib. Ölkələr arasında geniş məs­lə­hət­ləş­mə prosesi yolu ilə, "Sağlamlıq 2020" üçün ümumi hədəflər mü­əy­yən edilib: xəstəlik yükü və risk faktorları, sağlamlıq və rifah halının yax­şı­laş­dır­ılması, sağlamlıq üçün idarəetmə və sistemlərin təkmilləşdirilməsi. Ömrün uzun­luğu 75 yaşa qədər sağlam  vəziyyətdə davam edərsə və bu göstərici üzrə millətlər arasında və içərisində az fərqlilik olduqda, davamlı qlobal səhiyyə maliyyələşdirilməsi təmin edildikdə, effektiv qlobal xəstəlik aşkarlanması, nəzarət və terapiya sistemləri olduqda, yeni xəstəliklərə qarşı vaksinlər və dərmanlar vaxtında hazırlandıqda 8-ci çağırışa ciddi şəkildə həll ediləcəkdir” (http://www.millennium-project.org/challenge-8/).

Həmçinin dünya liderləri 2030-cu ilədək 169 alt hədəf ilə BMT-nin 17 Davamlı İnkişaf Məqsədlərinə nail olmağa razılıq veriblər və bunlar arasında sağlamlıq məsələləri üstünlük təşkil edir.

"2018 Minilliyin layihə" sənədində bu günün həyat-yaşam gerçəklikləri daha konkret şəkildə belə şərh olunur: “Dünya yaşlandıqca xroniki xəstəliklər (yəni insult, ürək xəstəliyi və xərçəng səbəbindən ölüm halları) artır. Bununla birlikdə, ÜST son beş ildə 1100-dən çox epidemiya hadisəsini təsdiqlədi və eyni zamanda antimikrobiyal müqavimət, qidalanma və piylənmə artır. Vərəm dünyada artan dərman müqaviməti ilə yanaşı, ölümün aparıcı yoluxucu səbəbidir". ÜST təxminən 50 ölkədə quş qripini izləyir və dünyanın böyük bir epidemiyaya hazır olmadığını xəbərdar etməkdə davam edir. 

Hesabatda “Embrion gen tənzim­lənməsinə başlanıl­ıb ki, nəticədə yoluxucu xəstəliklər də daxil olmaqla irsi xəstəlik meylləri ara­dan qaldırıla bilər. Lakin insan inkişafı üçün bu cür  risk olduqca mübahisəlidir və ABŞ Milli Elmlər Akademiyası paneli bir  vaxtlar bu cür araşdırmalara qarşı  etiraz edib. Regenerativ (yeniləyici) tibb canlı, funksional hüceyrələr və ömrü uzadan toxumalar yaratmaq potensialına sahibdir və DNT  bərpası və digər uzunömürlülük tədqiqatları davam edir”, fikri də ifadə olunub (http://www.millennium-project.­org­/cha­llen­ge­-8/).

Qlobal 8-ci çağırışın tövsiyyə etdiyi 11 təklif arasında bizim artıq eşidib hardasa “gözlədiyimiz”, məsələn: 1. ÜST-nin Qlobal Peyvənd Fəaliyyət Planını həyata keçirin;  3. Gələcəkdə böyük epidemiyaların aradan qaldırılması üçün qlobal planları və müqavimət təlimini təkmilləşdirin; 4. Antibiotiklərin yeni siniflərini inkişaf etdirmək və bazara çıxarmaq üçün maneələri aradan qaldıracaq strategiyalar yaradın və həyata keçirin; 6. Qlobal səhiyyə maliyyələşdirməsini əvvəlki illik artımından 10% artırın; 7. Vaxtında aşkarlanmağa, dəqiq məlumat verməyə, tez bir zamanda təcrid olunmağa və şəffaf informasiya və kommunikasiya infrastrukturuna diqqət yetirin; 9. Təmiz içməli su, kanalizasiya və əl yuma sahəsindəki sərmayələri artırın; 11. Onlayn diaqnoz və AI, ekspert proqramı da daxil olmaqla telemeditsiyanı təşviq edin, kimi məlumatlarla da qarşılaşırıq (http://www.millennium-pro­ject.­org/­challenge-8/).

Hesabatda bugünün tibb problemləri ilə səsləşən mövzulardan biri də  antimikrobiyal müqavimətlə bağlıdır. Bu istiqamətdə də  yenə biz bugünkü suallarımıza qismən də olsa proqnoz cavabları alırıq. Məsələn, ÜST-nin Səhiyyə Təhlükəsizliyi Baş Direktorunun köməkçisi doktor Keiji Fukuda “Antibiotiklərə qarşı müqavimət “bu gün yoluxucu xəstəliklərdəki ən böyük problemdir", ÜST 2014-cü ildə antimikrobiyal müqavimətə dair ilk hesabatını dərc etdi, bunu həm uzunmüddətli problem, həm də dərhal diqqət tələb edən bir problem olaraq təsdiqlədi. Bu, əsas antibiotik siniflərini yararsız hala gətirə bilər və vərəm, malyariya və HİV-in yenidən  baş qaldırmasına səbəb ola bilər, bu  isə yeni “superbug” pandemiklərinin olma ehtimalını artırır", -fikrini açıqlayıb.

“Gələcəyin Durumu İndeksinin” 2017-ci il hesabatında müraciət edib, oradakı 15 çağırışa diqqəti yönəltməklə COVID-19-un bizi çoxdan izlədiyini bir daha qeyd etməyi məqsədə uyğun hesab edirik. Belə ki, 2017-ci il hesabatında bizi sağlamlıq sahəsində gözləyənlər belə proqnozlaşdırılıb: “Hazırda dünya 25 milyon insanın ölümünə səbəb ola biləcək, hava yolları şirkətlərinə, turizmə və digər iqtisadi sektorlara saysız-hesabsız zərbə vuracaq H5N1 quş qripi virusu nəticəsində meydana çıxa biləcək irsi dəyişkənliklər üçün hazırlaşır (http://www.millennium-project.org/challenge-8/).

Yeri gəlmişkən, qeyd edək ki, “Gələcəyin durumu” nun 2018-ci il hesabatı da bizi gözləyən hazırda cərəyan edən bəladan xəbər verib: “ÜST təxminən 50 ölkədə quş qripini izləyir və dünyanın böyük bir epidemiyaya hazır olmadığını xəbərdar etməkdə davam edir”( http://www.millennium-project.org/challenge-8/).     

Daha bir proqnoz: “New Delhi metalo-beta-laktamaz-1 (NDM-1) geni və New Delhi su sistemində tapılan dərman müqaviməti ilə əlaqədar ortaya çıxan araşdırma ÜST tədqiqatçılarını “potensial kabus” vəziyyətinə dair xəbərdarlıq etdi”(http://www.millennium-project.­org/­chall­enge-­8/).

Fikrimizcə, COVID-19 kabusu elə o proqnozlaşdırılan “potensial kabus”dur və dünya elmi onun gələcəyini 10 illər əvvəldən xəbər verib. Bəs bütün dünya bunun qarşısının alınması üçün niyə belə gecikdi? Kaş ki, bu gün yaradılan xəstəxanalar, həyata keçirilən tədbirlər proqramına elə o proqnozlar açıqlandıqda başlanılaydı və yəqin ki, onda heç bu qədər insan itkisi olmazdı...

Elə buradaca artıq bir neçə ay boyu özümüzə insana, onun həyatının bütün hüdudlarına, danışığına bulaşmış, düşüncəsini gərginliyə, təhlükəyə yoluxdurmuş, əvvəli korona, davamı pandemiya, axırı gerçək kabus COVID-19-un söz kökü haqqında fikirlərimizi bölüşmək yerinə düşərdi.

İlk olaraq qeyd edək ki, dünyada quş qripi, donuz qripi epidemiyaları kimi digər məşhur qida - inək qripi ilə qarşılaşmayıb və ya bu barədə mediada məlumat yoxdur. Amma hələ 2007-2018-ci ilin "Minillik hesabat" sənədində BSE (“dəli dana”) heyvan xəstəliklərinin adı çəkilir.

COVID-19 rəsmi şəkildə lüğətlərə düşdükdə istər-istəməz mən “inək-dana” xəstəliyi ilə bu virus arasındakı bağlılığı öyrənməyə çalışdım və virtual axtarışlarla nə qədər fərziyyə olsa da xarakterik bənzətmələr üzərinə gəlib çıxdım. Məsələn, bəziləri hesab edirlər ki, əvvəllər tanınmış virus Cov (ing.dilində Cow) inək sözündəndir və  bu “nəsildən” olan Cov-2 də məlumdur.  İ,d səsləri də guya indi yumorla idiot sözünün sonundan götürülərək ona birləşdirilib. Bəlkə də bununla Cov xəstəliyinin nə diaqnozunda, nə müalicəsində dürüstlük olmaması, müəmma xarakterinə işarə edilir. 

Virusun niyə Cov adlanmasına gəlincə, ehtimal ki, quş, donuz xəstəlikləri kimi önəmli bir mənanı ehtiva edir. Ola bilər ki, inək (Cow), öküz (Bull) kimi heyvanlar eyni nəsildən olub Avropanın bir sıra ölkələrində, eləcə də ABŞ-da məşhur Corrida yarışmalarından qaynaqlanır. Corrida oyununun qaydası belədir ki, əsasən vəhşiləşdirilmiş öküz, dana, yəni bu nəsil heyvanlar yarışda baş qəhrəmandırlar və onlarla səhnədə əylənirlər, sonra onları qəzəbləndirirlər və heyvanlar insanları qovurlar, hətta öldürürlər də.

Fikrimizcə, COVID-19 elə Corrida səhnəsinə dönmüş dünyada həmin vəhşi  “Cov”lara bənzəyir. Onların buynuzları da COVID-19-un aid olduğu koronavirus ailəsinin “taclı” təbiətinə çox  uyğundur.  Bu məsələnin görünüş tərəfi, onun qanlı öküz döyüşü mənasının siyasi məzmun ehtimallarına gəldikdə də yenə Corrida oyunu yada düşür. Maraqlıdır, məşhur Corrida yarışlarınının Cov qəhrəmanı görəsən "Minlilliyin hesabatları"nda qeyd olunan “Avropa və ABŞ şəhərləri dəniz səviyyəsinin yüksəlməsi və ya quraqlıq nəticəsində dözülməz iqlim şəraiti ilə üz-üzə qaldıqda milyonlarla miqrantı uzaqlaşdırmağa çalışaraq "virtual qalalar" halına gələcək” proqnozun məcazi ifadəsi deyil?..

Həmçinin miqrantlardan cana doymuş həm Avropanın, həm ABŞ-ın, əslində bütün dünyanın bu təbəqəni öz ölkələrinə qəbul etmək istəməyən, sərhədlərində onlara divan tutan, bütünlükdə onları qovub çıxarmaq siyasətinə Cov fərziyyə - bir forma  kimi  çox uyğun gəlmirmi? Bəs miqrant olmayanlar? “Qurunun oduna yaş da yanar”- deməyibmi atalarımız? Həqiqi Corrida oyununda da bəzən tamaşaçılar, hətta səhnədən kənarda öz işi ilə məşğul  kütlə qəzəblənmiş Covun qurbanı olur.

Beləcə, Corrida bir tamaşa, bir oyun olsa belə öz ideyası var: Cov kəl, öküz, inək öz məkanını paylaşmır. 2-cisi, şüursuz varlıq – inək qəhrəmanlıqla öz məkanını qoruyur. Yadları o məkandan qovur.

Bu oyundakı məkanı vətən kimi qiymətləndirsək, bəs milyonlarla insan niyə bir kəl, öküz qədər qəhrəman olub, ana vətənlərini qorumur, yadelliləri torpaqlarından qorumurlar?! Məgər həmin yadellilər deyilmi onlara hələ sərhədlərindəcə gor əzabı yaşadırlar, sonra da onları qovhaqov həyatlarından uzaqlaşdırırlar? Doğrudur, onlar miqrant məqsədlərinə məhz əvəz-əvəzə - vətənimizin, əmin-amanlığımızın əvəzinə adını qoyurlar və lakin heç bir halda vətəni tərk etməyə vətəndaş haqları çatmır! Hələ yaşlılaşan dünyanın enerji, su ehtiyatlarının, çəmən ərazilərinin tükəndiyi bir vaxtda bu kütləvi miqrantlar öz əcdadlarının bol məhsullu, yeraltı, yerüstü dəyərlərlə zəngin, günəşli torpaqlarını kim və kimlər üçün qoyub gedirlər?!

Digər bir tərəfdən COVID-19-un təsiri ilə guya dünya əhalisinin azaldılması siyasi məqsədləri haqqında informasiyaların indi gündəmi zəbt etməsi bir növ o qədər də uzaq olmayan tarixin təkrarı kimi də diqqət çəkir. Məsələn, ABŞ-da 2004-cü ildə D.Tramp da daxil olmaqla, 26 namizədin ABŞ prezident postu uğrunda mübarizə apardığı dövrdə dünya əhalisinin artımı ilə bağlı həyəcanların geniş miqyasını (Marşal, Rendal məruzələri-X.Q), peyvənd “nəzəriyyəsini” (B.Qeytsin məruzəsi-X.Q), hətta nüvə təhdidlərini İngiltərənin “Observer” icmalı siyasi maraq kimi şərh etmiş, hətta hakimiyyətin bu məsələnin təşviqi məqsədilə mediaya təsir olunduğunu da vurğulayıb. Həmçinin o vaxt 20 Nobel mükafatçısından ibarət nüfuzlu və bitərəf Alimlər Birliyi Buş administrasiyasını elmi həqiqətləri öz siyasi proqramını həyata keçirmək məqsədilə qəsdən təhrif etməkdə və "ictimaiyyəti çaşdırmaqda" günah­landı­rıb. ­(https://www.iatp.org/news/leaked-pentagon-report-warns-climatechange­-­may-­b­ri­n­g­-famine-war).

Maraqlıdır, 2020-ci il 7 noyabrda ABŞ-da yenə prezident seçkiləri keçiriləcək və hələ ABŞ Nümayəndələr Palatası Prezident D.Trampa qarşı impiçment proseduruna start verib. Həmçinin  yenə ABŞ-ın nüvə təhdidləri eşidilməkdədir.

Əlbəttə, bu son abzasdakı fikirlər COVID-19-un söz kimi mənasının siyasi tərəflərini düşündükdə gəldiyim fikirlərin davamını ehtiva edir. COVID-19 isə sözsüz olaraq çoxdan bizə doğru gələn və “dəli danaya”, “potensial kabus”a, “bəlaya” bənzədilmiş bir pandemiyadır və onunla mübarizə, ondan hifz olunmaq ən ümdə vəzifəmizdir.

Heç şübhəsiz ki, çoxları bu proqnozların həqiqiliyinə, gerçəkləşəcəyinə ya inanmadı, ya da bunlarla COVID -19 arasında körpünün reallığını fərziyyə hesab etdi. Ona görə də biz ilk əvvəl bu məsələyə diqqəti yönəltməliyik ki, əgər 2007-ci ildə “dəli dana”, ondan sonra “kabus”, ”2017-ci ildən 2 il ötdükdən sonra COVID-19-un  peyda olması "Gələcəyin Du­rumu" tədqiqatçılarının öz proqnozlarında yanılmadığını göstərirsə, deməli on­la­rın elə həmin çağırışda şərh etdikləri məlumatların da müasirimiz olan ərə­fədə gerçəkləşəcəyi real görünür. Məsələn, “ÜST-nin  verdiyi mə­lu­mat­la­ra əsasən dünyada­  2,4 mil­yon­­ ­ həkimin, tibb bacılarının, doğum mütəxəssislərinin kifayət ­etmədiyi­ ­və­ insanlar­ ­daha­ çox­ ­ömür sürdükləri şəraitdə,­ telesəhiyyə, özünü­mü­ayinə ­üçün­ bioçip ­sensor­la­rına və ­digər avtomatlaşdırılmış sistemlərə olan­ ehti­yac­ kəskin­ ­  şəkildə­  arta bilər”.­ Məsələn, bu gün dünyanın bütün qabaqcıl və inkişaf etmiş ölkələrində tibb, səhiyyə sahəsində intibah xarakterli işlər həyata keçirilir. Ən müasir tələblərə cavab verən xəstəxanaların, laboratoriyaların yaranması, elə COVID-19-un dərmanlarının, peyvəndlərinin axtarışları, bu ölüm təhlükəli xəstəliklə mübarizə aparan tibbi personanın geyimləri, ümumiyyətlə qoruyucu vasitələr 13 il bundan qabaq verilmiş proqnozların təsdiqi kimi maraqla qarşılanır və gələcəyin planlaşdırılmasına inamı artırır.

Yaxud da “Qlobal çağırış 8 müraciət. Tədbirlər: ÜST-nin Qlobal Peyvənd Fəaliyyət Planını həyata keçirin” və ya “Gələcəkdə böyük epidemiyaların aradan qaldırılması üçün qlobal planları və müqavimət təlimini təkmilləşdirin”; “Dünyanın yoxsul bölgələrində tibb işçilərinin çatışmazlığı getdikcə pisləşdiyinə görə tele-tibb və AI diaqnostikasını artırın”; “Təmiz içməli su, kanalizasiya və əl yuma sahəsindəki sərmayələri artırın”; Səhiyyə xidmətinə vahid yanaşmalar üçün korporativ/QHT tərəfdaşları ilə mövcud sağlamlıq texnologiyalarının (dərmanlar, qurğular, bioloji məhsullar, tibbi və cərrahi prosedurlar, dəstək sistemləri və təşkilati sistemlər) istifadəsini optimallaşdırın”; “Onlayn diaqnoz və AI, ekspert proqramı da daxil olmaqla telemeditsiyanı təşviq edin”; “Ümumdünya Səhiyyə Təşkilatı, əsas milli qaydalara sahib 133 ölkədən yalnız 34-ü müəyyən edərək antibiotiklərə qarşı müqavimət üçün milli planlar hazırlamağa və inkişaf etdirməyə çağırır”, (http://www.millennium-project.org/challenge-8/) kimi tövsiyyələr çağdaş düşüncədə reallıq, gündəlik maariflənməmiz olaraq müəyyənləşir.

Bu sadalananlar yaxın gələcəkdə bizi sağlamlığımızla bağlı göz­ləyən­lər­dir­sə, deməli biz, təhsil, iqlim, ekologiya, demoqrafiya, etika və digər çox ad­lı sahələrdə də bir­-birindən yeni, şüurumuzu, davranışımızı, həyat tərzimizi, bü­tün­lükdə həyat fəlsə­fəmizi dəyişdirəcək, inqilab mahiyyətində proqram xarak­ter­li böyük hadisələrlə də qarşılaşacağıq və bəzilərinin lap astanasındayıq.

Məsələn, həm fərdi bacarıqların, həm də bütövlükdə xalqın intellektinin artırılması məqsədinin daxil olduğu Kollektiv intellekti inkişaf etdirməyi milli məqsədə çevirmiş ölkələr sırasında bizim ölkənin də 2030-cu ilədək milli proqramları həyata keçirəcəyi gözlənilir. "Minilliyin hesabatı" sənədi göstərir ki, “Mur Qanunu qüvvədə qalır və ictimaiyyət İnternetdən asanlıqla istifadə edir. “Kollektiv məlumat” ən çox işlənən sözə çevriləcək və əsas elmi institutlar ondan strateji araşdırma obyekti kimi istifadə edəcək və onun sosial-texnoloji təkamüldə növbəti addım olduğunu nümayiş etdirəcəklər”. 

Bundan başqa hesabat intellekt meyarını təhsil üçün bu məzmunda planlaşdırır: “Nanotexnologiya, nevrologiya, süni intellekt və interaktiv obyektə əsaslanan süni onlayn dünyalarda baş verən irəliləyişlərin birləşməsi 2030-cu ilədək təhsili daha da empirikləşdirəcək və cəlbedici edəcək. Bir çox ənənəvi təhsil sistemləri İnternet əsaslı sistemlərlə əvəzlənəcək, ənənəvi məktəblərə və insan müəllimlərə olan tələb aradan qalxacaq”.

Hesabat bizə gələcəkdə intellekti artıran süni mikroblarla da qarşılaşacağımızı xəbərdar edir. Yaxın gələcəkdə beyinlər genetik olaraq genişlənə bilər və qurucu mikro-orqanizmlər beyin hüceyrələrini daha effektiv işləməyə vadar edə bilərlər. Bilik əldə etmək səylərini gücləndirən ictimai əlaqələr sistemindən və tədrislə bağlı bu yeniliklərdən və təhsil konsepsiyalarından istifadə etməklə fərdi və kollektiv düşünmə tərzləri inkişaf etdirilə bilər. Beyində birgə yaşayan və sinir fəaliyyətini artıran yeni mikrobların genetik kodları yazılıb. Nadir həyat formaları yaratmaq üçün genetik kodların yaradılması üzərində işlər 2010-cu ilədək yeni həyat formalarının yaranmasına gətirib çıxara bilər. Sonra beyində yaşayan və ona köməklik göstərən mikrobların yaradılması üçün növbəti 10 il və sonra bunların digər məməlilər üzərində sınaqdan keçirilməsinə daha 10 il lazım olacaq. Nəticə etibarilə, 2030-cu ilədək beyinə sinir hüceyrələrini (neyronları) sağlam saxlamağa kömək edən təhlükəsiz mikroblar mövcud olacaq. Bu, həyat haqqında elmləri inqilabiləşdirəcək. Beyinlər daha uzun müddət sağlam qalacaq, tibbi xərclər azalacaq və bu da daha müdrik sivilizasiyanın meydana gəlməsinə səbəb olacaq.

"Minilliyin hesabat" sənədləri eyni zamanda bu “əməliyyatın” təhlükəli, hüquqi və əxlaqi tərəfləri haqqında da məlumat verir: “İnsanların naməlumluqlara qarşı qorxusu normaldır; bir çox insanlar süni mikroblardan, yeni bakteriyalardan və nanobotlardan qorxacaqlar. Anti-GMO normalarının arxasında duranlarla bərabər insan biologiyasını dəyişməyin əxlaqsızlıq olduğunu hesab edənlər belə buna qarşı çıxa bilər (bunun qarşısının alınması üçün qlobal insanı müşahidə şurası yaradıla bilər). Hansı mənfi nəticələr ola bilər? Mikroblar mutasiya edə və psixi xəstəliklərə və ya digər naməlum əlavə təsirlərə səbəb ola bilərlər. Buna görə illər ərzində bir sıra tədqiqat sınaqları həyata keçirilməlidir”.

Tədris sahəsində biz hansı yeniliklərlə qarşılaşacağıq: “E-Tədris 2030-cu ildə nisbətən kasıb ərazilərin, həmçinin varlı ərazilərin çoxu elektron-müəllimlərə olan təlabatı qarşılamaq üçün xaricdən vəsaitlər cəlb ediləcək. Bu elektron-müəllimlər canlı insanlardan çox süni intellektdən istifadə edən süni konstruksiyalardır. Ola bilsin ki, 2030-cu ilədək texnologiyaların sürətləndirilməsi elə bir nöqtəyə çatacaq ki, seçilmiş insanlar beyinlərinə bilavasitə yükləmələr edilməklə və ya yeni nanotexnoloji tətbiqatların köməyilə təhsil alacaqlar”.  

Həmçinin bioçip sensorlarının tətbiqi və ­  digər avtomatlaşdırılmış  ­ sistemlərə keçid gözlənilən reallıqlar sırasındadır. Ümumiyyətlə, "Minilliyin layihəsi" çərçivəsində dünyadan seçilmiş 200-dən çox mütəxəssis 2030-cu ilədək ehtimal olunan gözlənilənləri əsasən - “Kollektiv düşünmə tərzini inkişaf etdirmək üçün milli proqramlar; Yeniyetmələrin beyinlərini uzun müddət üçün daha sağlam saxlamaq üçün vasitələr; Beynin genişləndirilməsi üçün kimya; Veb 17.0; Vahid ömürlük öyrənmə sistemləri; E-Tədris; İnsanlardan ağıllı kompüterlər; Düşüncəni artıran süni mikroblar və s. kimi müəyyənləşdiriblər.

Hələ planetin bu bioçipli varlıqlarının uzunömürlüyü üçün tapıntılar da var. Belə ki, alimlər, 200 il yaşayan balina geni müəyyən ediblər ki, gələcəkdə Allahın yaratdığı insanlardan fərqli, belə ucsuz-bucaqsız, lap “qarğa” ömrü qərər uzun labarotoriya  doğumlu insan nəslini vəd edir...

Bu  “10 igid ömrü” yaşayacaq insanın qocalıq həddində dəli olmaması üçün dərmanlar da düşünülüb...

Robotlarda tərəqqi də planlaşdırılanlar sırasındadır. Məsələn, boyu təxminən 1.50-1.70 m. hündürlükdə olan ağıllı robotlar bizim kimi maska, əlcək, eynək taxıb küçələrdə görünsə  onları seçə bilərikmi? Həm də bu robotlar bizdən güclü, yəni yarışlarda qalib olublar. Hələ adamın üzünə baxanda emosiyanı anlayırlar... Məişət işlərini də insan kimi yerinə yetirirlər. Pandemiya  məsafəsini pozanda, ya ona qəzəblənsək, görəsən nə baş verər?

Hələ müxtəlif proqnoz materiallarında gələcəkdə beyin hüceyrələrinin qocaldıqca ölməsi səbəbi ilə alimlərin beyninin iynələr vasitəsilə sovrulub banklaşdırılması da fərziyyə olunur. Sünii intellektin bir çox sahələr üzrə sözlər, şəkillər, səslər, görüntülər baxımından artıq “doldurulduğu”, işini bitirdiyi də bildirilməklə yaxın gələcəkdə aktivləşəcəyi gözlənilir ki, bununla yaşamımız sözsüz ki, bütövlüklə dəyişəcək. Həm də dünən fantastik görünənlər, məsələn ağıllı telefonlar bizim gündəlik həyatımızın bir parçası qədər adiləşiblərsə, bugünün də fərziyyə qədər inanılmazları da gələcəkdə özünü təsdiq edəcək.

Etika hər bir dövrün nəticəsi və eyni zamanda hər bir cəmiyyəti təmsil edən ən güclü meyardır. "Minilliyin layihəsi" hesabatlarında etikanın ədalət, bərabərlik, rifah və s. prinsipi – varlı-kasıb fərqinin aradan qaldırılması, bütün həyat resurslarından hamının bərabər faydalanması, gender bərabərliyi, qadın hüququnun diqqətdə saxlanılması, transmilli cinayət şəbəkələrinin qarşısının alınması, qlobal əhəmiyyətli qərarların qəbul edilməsində etik baxışların nəzərə alınması kimi ciddi çağırışlar da təhlil və şərh olunub.

Beləcə, başdan-ayağa mürəkkəb, psixoloji tutum baxımından ağır bu yazını yekunlaşdırarkən xüsusilə vurğulamaq yerinə düşər ki, COVID-19-dan sonrakı gələcək bizə son abzasların nikbin təəssüratlarına uyğun, hətta onları da üstələyən daha çox əyləncəli, şou xarakterli, oyun, yarışma, başdan-başa yumor məzmunlu ədəbiyyat, sənət, televerilişlər vəd edir. Yəni bizi gözləyən gələcək planetin fərqliliklər – çoxmədəniyyətlər qarışıq bütün insanlarını birləşdirib əvvəl dahiyə çevirmək, sonra doyunca (dəli olana kimi) güldürüb dəli etmək və sonra güclü dərmanlarla sağaltmaq,  sonda da balina genləri ilə 200 il yaşatmaq qərarındadır.

Yeri gəlmişkən, mən bu məqamda 75 il bundan əvvəl yaşanmış insanlıq fəlakətini və əsas da əsl qatillərdən birinin son sözlərini yada salmaq istəyirəm. Belə ki, 1939-cu ildə Albert Eynşteyn ABŞ prezidenti Ruzveltlə əlaqə yaratmasından sonra 125 min alim və super mütəxəssisin iştirakı ilə icad edilmiş atom bombası 1945-ci ildə 3 gün ara ilə 2 dəfə Yaponiyaya (Xirosima-Naqasaki şəhərlərinə) atılmış və nəticədə  XX  əsrin ən  dəhşətli soyqırımı yaşan­mış­dır.  Əlbəttə bu tarixi fakt məlumdur və çox xatırlanır. Amma fikrimcə, o “Balaca oğlan” ləqəbli dəh­şətli bombanı atan Enola Qayın pilot yoldaşı Robert Leoysın ömrünün sonlarında “Xi­ro­si­ma­da Allahın mehi” adlı əlyazmalar almanaxında "Allahım, nə etdik?" (My God, what have we­ done?) yazdığını və o dəhşətli soyqırıma heykəllər həsr etdiyini, bu məzmunda filmə çəkil­di­yini, yəni o müdhiş vəhşəti ömrü boyu unutmadığını çoxları bilmir.

O vaxt Yaponiya məğlub olsa da məhv olmadı. Hələ Yaponiya indi dünyanın ən inkişaf etmiş və gözəl ölkələrindən biridir. O, dəhşətli atom bombası soyqırımı tarixi, bədii, sənət əsərlərində yaşayır. Bu mənada atom bombası, zəlzələlər və müxtəlif təbii fəlakətlər qədər təhlükəli xəstəlikləri süni surətdə yaradanlar, eyni zamanda gerçək xəstəliyin tüğyan etdiyi bir vaxtda əhalinin azaldılması kimi absurd fərziyyəni dövriyyəyə gətirib qorxu hissini gücləndirənlər, öldürücü vaksinlər şüurunu məqsədli yaymaqla insan psixologiyasını  zədələyənlər bu hadisədən ibrət götürməlidirlər. Çünki heç kim "Allahım, nə etdik?" kimi  ömrün sonuna qədər yaşanacaq peşmanlıq, Allah qəzəbi, ən ağrılı mənəvi əzabdan   sığortalanmayıb.

İndi 2020-ci ilin ikinci dekadasında yaşanan COVID-19-dan xilas üçün yenə dünya elmi bəhsə-bəhsə giriblər. Populyar medya canfəşanlıqla onun  müalicəsi üçün müxtəlif ölkələrdə ciddi işlərin getdiyindən, hətta yaxın vaxtlara tətbiq olunacağı haqqında məlumatlar yayır.  Unutmayaq ki, mövzu dünyanın əşrəfi insan olduğu üçün dərd böyük, dərman şərtsə, tələskənlik, məhəlli məqsəd, maraq o qədər  məsuliyyətli məsələdir və elə addımlar atılmalıdır ki, heç vaxt "Allahım, nə etdik?", deyilməsin! 

Xatirə Quliyeva, AMEA-nın Fəlsəfə İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru

  • Paylaş: