www.science.az
04.11.2014 00:00

AMEA Elmi İnnovasiyalar Mərkəzinin əməkdaşı Türkiyədə sertifikata layiq görülüb

AMEA Elmi İnnovasiyalar Mərkəzinin (EİM) şöbə müdiri, biologiya üzrə fəlsəfə doktoru Təmraz Təmrazov Türkiyənin Diyarbəkir şəhərində keçirilmiş “V Beynəlxalq Toxumçuluq konfransı və sahələrarası biznes forumu”nun sertifikatına layiq görülüb.

Azərbaycanlı alim tədbirdə “Müxtəlif buğda genotiplərinin stress amillərə davamlılığının fizioloji-genetik əsasları” və “Müxtəlif buğda sortlarında CO2-nin yüksək konsentrasiyası nəticəsində fotosintez intensivliyinin dəyişməsi” mövzusunda 2 elmi məqalə ilə çıxış edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.