www.science.az
28.09.2013 00:00

AMEA Aşqarlar Kimyası İnstitutunda gənc alimlər üçün xüsusi istedad laboratoriyası yaradılıb

AMEA akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda bir sıra yeniliklər həyata keçirilib.        

İnstitutda gənc alimlər üçün xüsusi istedad laboratoriyası yaradılmışdır. Laboratoriya elektron-mikroskop, infraqırmızı və ultrabənövşəyi spektrometrlər, xromato-kütlə spektrometri, xromatoqraf və başqa lazımi avadanlıqla təchiz olunub.        

Bundan əlavə, institutda doktorantlardan ibarət tədqiqat qrupu da yaradılıb. Qrup laboratoriyada həm tədqiqatlar aparacaq, həm də universitetlərdən cəlb olunmuş magistr və bakalavrların təcrübə keçməsinə kömək edəcək.       

İnstitutda Bakı Dövlət Universitetinin “Neft kimyası və kimya texnologiyası” kafedrasının “Aşqarlar, yanacaqlar, yağlar, sürtkülər və xüsusi mayelər” adlı filialı da təşkil olunub. Universitetin magistrantları kafedrada üzvi kimya və neft kimyası istiqamətlərində tədqiqatlar aparacaq, laborator işlərdə, layihələrdə iştirak edəcəklər. Məqsəd tələbə və magistrantlarda tədqiqatçılıq vərdişlərinin formalaşdırılması və ən əsası istedadlı gənc mütəxəssislərin elmə axınını təmin etməkdir.   

   Məlumatı AMEA Rəyasət Heyəti Mərkəzi Aparatı İctimaiyyətlə əlaqələr şöbəsi yaymışdır.   

 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.