Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Funksionallığın meyarlarına görə proqram təminatının seçilməsi üçün yeni alqoritm işlənilib
07.05.2020 13:46
  • A-
  • A
  • A+

Funksionallığın meyarlarına görə proqram təminatının seçilməsi üçün yeni alqoritm işlənilib

“Development of an algorithm using the AHP method for selecting software according to its functionality” (Funksionallığın meyarlarına görə proqram təminatının seçilməsi üçün AHP metodunun tətbiqi ilə alqoritmin işlənilməsi) adlı məqalə nüfuzlu “Soft Computing” jurnalında çap olunub.

Tədqiqat işində proqram təminatının funksionallığını qiymətləndirmək üçün Analitik İyerarxiya Prosesi (Analytic Hierarchy Process, AHP) metodundan istifadə etməklə alqoritm işlənib. Proqram təminatının funksionallığının xarakteristikalarına AHP-nin tətbiqi ilk işlərdən sayılır. Analitik iyerarxiya prosesi – vahid qərar vermənin strukturlaşdırılmış texnikasıdır. Qərar verən şəxsin seçdiyi variantlardan hansının onun ehtiyaclarına uyğun olduğunu və problemi başa düşməsini qiymətləndirməyə imkan verir.

Məqalənin müəllifləri AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun 9 saylı şöbəsinin baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova və institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılovadır.

Qeyd edək ki, “Springer Nature” tərəfindən nəşr olunan və 2.784 impakt faktoruna malik “Soft Computing” jurnalı “Web of Science”, “DBLP”, “EBSCO Academic Search”, “EBSCO Engineering Source“, “Google Scholar”, “SCOPUS”, “INSPEC”, “Institute of Scientific and Technical Information of China” kimi beynəlxalq elmi bazalarda indeksləşir və referatlaşır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: