Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Zoologiya İnstitutu xüsusi karantin rejiminin tələblərinə uyğun fəaliyyətə başlayıb
07.05.2020 10:45
  • A-
  • A
  • A+

Zoologiya İnstitutu xüsusi karantin rejiminin tələblərinə uyğun fəaliyyətə başlayıb

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar AMEA əməkdaşlarının işə davamiyyətinin tənzimlənməsi haqqında” 2020-ci 4 may tarixli sərəncamına əsasən Zoologiya İnstitutunda işçilərin fəaliyyəti qismən bərpa olunub.

Uzadılmış karantin rejimində Kadrlar şöbəsi yaşı 65-dən aşağı olan, gündəlik işə çıxmaları vacib əməkdaşların sayını (ümumi əməkdaşların sayının 30 faizindən çox olmaması şərtilə) müəyyənləşdirilib və onların adı “icaze.e-gov.az” portalına yerləşdirilib.

Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq institut daxilində profilaktik tədbirlər həyata keçirilib. İşə cəlb edilmiş işçilərə pandemiya və karantin şəraitinin qaydalarına ciddi riayət etmələri tövsiyə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: