Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Mikrobiologiya İnstitutunun iş fəaliyyəti mövcud tələblərinə uyğun bərpa olunub
06.05.2020 13:12
  • A-
  • A
  • A+

Mikrobiologiya İnstitutunun iş fəaliyyəti mövcud tələblərinə uyğun bərpa olunub

Mikrobiologiya İnstitutu AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar AMEA əməkdaşlarının işə davamiyyətinin tənzimlənməsi haqqında” 2020-ci 4 may tarixli sərəncamına əsasən iş fəaliyyətini qismən bərpa edib.

Qarşıda duran məsələlərin müzakirəsi, fikir mübadiləsi  aparılması məqsədilə dəyirmi masa keçirilib. 

Tədbirdə institutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradov akademiya əməkdaşlarının işə davamiyyətinin tənzimlənməsi haqqında müvafiq sərəncamdan irəli gələn məsələləri nəzərə çatdırıb. O, gündəlik işə çıxmaları vacib olan əməkdaşların sayının müəyyənləşdirildiyini və onların adlarının “icaze.e-gov.az” portalına yerləşdirildiyini vurğulayıb.

P.Muradov, həmçinin işə cəlb edilmiş əməkdaşların pandemiya və karantin şəraitinin qaydalarına ciddi riayət etmələrini tövsiyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: