Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanlı seysmoloqun məqaləsi ABŞ-ın impakt faktorlu jurnalında çap olunub
06.05.2020 11:37
  • A-
  • A
  • A+

Azərbaycanlı seysmoloqun məqaləsi ABŞ-ın impakt faktorlu jurnalında çap olunub

AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişlinin Amerika və Gürcüstan alimləri ilə birlikdə həmmüəllifi olduğu “Probabilistic Seismic Hazard Assessment Using Legacy Data in Georgia” (Gürcüstanda baza məlumatları əsasında ehtimal olunan seysmik təhlükənin qiymətləndirilməsi) adlı məqaləsi Amerika Seysmoloqlar Cəmiyyətinin "Seismological Research Letters" jurnalının 91-ci sayının 3-cü nömrəsində çap olunub.

Məqalənin digər həmmüəllifləri - seysmoloq alimlər Tuna Onur, Rengin Gök, Tea Godoladze, İrakli Gunia, Giorgi Boichenko, Albert Buzaladze, Nino Tumanova, Manana Dzmanaşvili, Laşa Sukhişvili, Zurab Javakişvili, Eric Covgill, Istvan Bondardır.

Jurnalın impakt faktoru 3.888-dir. 

Jurnal və məqalə ilə bu link vasitəsi ilə tanış olmaq olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: