Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Mərkəzi Elmi Kitabxana Azərbaycan alimlərinin elektron kitablarının təqdimatını davam etdirir
06.05.2020 11:15
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxana Azərbaycan alimlərinin elektron kitablarının təqdimatını davam etdirir

AMEA-nın Mərkəzi Elmi Kitabxanası Azərbaycan alimlərinin elektron kitablarının təqdimatını davam etdirir.

Bu dəfə AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı”, akademiklər Teymur Kərimlinin “Akademik Mirzə İbrahimov”, Feyzulla Qasımzadənin “XIX əsr Azərbaycan ədəbiyyatı”, Teymur Bünyadovun “Azərbaycan etnoqrafiyası”, Muxtar İmanovun “Xalq gülüşünün poetikası”, Kamal Abdullanın “Mifdən yazıya və yaxud gizli Dədə Qorqud”, eləcə də professor Qəzənfər Paşayevin “Əta Tərzibasinin folklorşünaslıq fəaliyyəti” və “Ədəbi məktublar”, “Akademik Murtuza Nağıyev” (rus dilində) kitabları PDF formatda oxuculara təqdim edilib.

Xatırladaq ki, Mərkəzi Elmi Kitabxananın istifadəçiləri “Elektron kitablar” verilənlər bazasına daxil olub, nəşrləri PDF formatda yükləyə bilərlər. Bu xidmət “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci və 19-cu maddələrinə uyğun olaraq müəlliflik hüququ haqqında razılaşma əsasında tənzimlənir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: