Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Riyaziyyat və Mexanika İnstitutunun alimlərinin məqalələri nüfuzlu jurnallarda işıq üzü görüb
05.05.2020 12:50
  • A-
  • A
  • A+

Riyaziyyat və Mexanika İnstitutunun alimlərinin məqalələri nüfuzlu jurnallarda işıq üzü görüb

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun baş elmi işçiləri, professorlar Ziyatxan Əliyev, Nazim Kərimov və onların tələbələrinin həmmüəllifləri olduqları məqalələr yüksək impakt faktorlu jurnallarda çapdan çıxıb.

“Differentail Equations”“Bulletin of the Malaysian Mathematical Sciences Society”“Banach Journal of Mathematical Analysis” və "Journal of Differential Equations" adlı jurnallarda işıq üzü görən məqalələrdə sərhəd şərtlərindən ikisinə və üçünə spektral parametr daxil olan dördüncü tərtib adi differensial operatorların məxsusi funksiyalarının osillyasiya xassələri araşdırılıb. Bundan əlavə, məxsusi və qoşulmuş funksiyalar sistemindən uyğun olaraq ikisi və üçü atıldıqdan sonra yerdə qalan sistemin fəzasında bazis əmələ gətirmələri üçün kafi şərtlər tapılıb. Eyn zamanda, sərhəd şərtlərindən ikisinə spektral daxil olan məsələnin məxsusi funksiyalar sistemi üzrə spektral ayrılışların müntəzəm yığılması tədqiq edilib, sərhəd şərtinə spektral parametr daxil olan xətti Dirak məsələsinin məxsusi vektor funksiyalarının osillyasiya xassələri tam öyrənilib.

Qeyd edək ki, sözügedən nəşrlər differensial tənliklər sahəsində dünyanın ən nüfuzlu jurnallarından sayılır və “Springer”, “Elsevier” kimi nəşriyyatlarda çap olunurlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: