Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Aşqarlar Kimyası İnstitutu alimlərinin məqaləsi impakt faktorlu jurnalda dərc olunub
05.05.2020 12:18
  • A-
  • A
  • A+

Aşqarlar Kimyası İnstitutu alimlərinin məqaləsi impakt faktorlu jurnalda dərc olunub

AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun alimləri, kimya elmləri doktorları Sabir Məmmədov və Əfsun Sucayev, eləcə də elmi işçilər Nina Ladoxina və dissertant Lalə Zeynalovanın beynəlxalq müştərək tədqiqat çərçivəsində professor İlhami Gülçin, dosent Parham Taslimi və s.  ilə birlikdə həmmüəllifi olduqları məqalə impakt faktorlu “Journal of Biomolecular Structure and Dynamics” jurnalında dərc olunub.

Məqalə ilk dəfə Zərif üzvi sintez laboratoriyasında sintez olunan 1-Arylsuphonylpyrazole törəmələrinin bioloji fəallığı, həmçinin “molekulyar dokinq” və antikanser təsirinin tədqiqinə həsr olunub.

Qeyd edək ki, nüfuzlu “Taylor  Francis” nəşriyyatına daxil olan bu jurnal müntəzəm olaraq kimya, biologiya və tibb sahəsinə aid ən son elmi yeniliklərlə bağlı məqalələri yayımlayır. “Web of Science”, “Scopus” və s. beynəlxalq elmi bazalara daxil olan jurnalın impakt faktoru 3.310-a bərabərdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: