Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Əhali, ailə sağlamlığının qorunması və möhkəmləndirilməsi problemlərinə həsr olunmuş konfrans keçiriləcək
03.11.2014 00:00
  • A-
  • A
  • A+

Əhali, ailə sağlamlığının qorunması və möhkəmləndirilməsi problemlərinə həsr olunmuş konfrans keçiriləcək

Bu il noyabrın 4-də saat 10:30-da AMEA-nın Əsas binasında “Sağlam Nəsil” İctimai Birliyi və “Sağlam Nəsil” Tibbi-Elmi Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə əhali, ailə sağlamlığının qorunması və möhkəmləndirilməsi problemlərinə dair konfrans keçiriləcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi ilə təşkil olunan tədbirdə AMEA Azad Həmkarlar İttifaqı, Botanika İnstitutu, SEBA Koreya Azərbaycan Şərq təbabəti klinikası və digər qurumlardan 100-dən çox nümayəndənin iştirakı gözlənilir.

Ünvan: Bakı şəhəri, H.Cavid pros., 115, AMEA-nın Əsas binası, 2-ci mərtəbə, konfrans zalı

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: