Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

03.11.2014 00:00
  • A-
  • A
  • A+

Diaspora nümayəndələri AMEA Hüseyn Cavidin Ev Muzeyində olublar

Diaspora nümayəndələri AMEA Hüseyn Cavidin Ev Muzeyində olublar

Rusiya Federasiyası və Ukrayna Respublikasında fəaliyyət göstərən Azərbaycan diasporunun nümayəndələri - Xarkov şəhərindəki Azərbaycan diaspor təşkilatının “Aynur Xatun” Qadınlar Şurasının sədri Kifayət Cəfərova, Stavropol “Odlar Yurdu” Cəmiyyətinin Qadınlar Şurasının sədri Bəsti Mütəllimova və Simferopol “Vətən” konqresinin nəzdində fəaliyyət göstərən gənclər və qadınlarla iş üzrə departamentinin sədri Arifə Muxtarova AMEA Hüseyn Cavidin Ev Muzeyində olublar.

Muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı qonaqlara Azərbaycanın görkəmli şair-dramaturqu Hüseyn Cavidin həyat və zəngin yaradıcılığı haqqında ətraflı məlumat verib, onları muzeyin ekspozisiyasında nümayiş olunan eksponatlarla, yeni nəşrlərlərlə tanış edib. Bildirib ki, son 10 ildə muzeydə 40-dan çox kitab işıq üzü görüb. G.Babaxanlı qonaqlara muzeyin əməkdaşları tərəfindən H.Cavid yaradıcılığından fransız dilinə tərcümə edilmiş “Məhəbbətdir ən böyük din” seçmə şeirlər kitabını və “Cavid hikməti-seçmə aforizmlər” kitabını hədiyyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: