Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Yardımlı folklor örnəkləri” kitabının I cildi işıq üzü görüb
03.11.2014 00:00
  • A-
  • A
  • A+

“Yardımlı folklor örnəkləri” kitabının I cildi işıq üzü görüb

AMEA Folklor İnstitutu tərəfindən “Yardımlı folklor örnəkləri” kitabının I cildi nəşr olunub. Kitaba Yardımlı bölgəsindən toplanmış folklor örnəkləri daxil edilib.

Folklor örnəkləri 1987-ci il və 2013-cü il folklor ekspedisiyaları zamanı toplanıb.

Kitabın sonunda Yardımlı folklorunda işlənən dialekt sözləri, qeydlər və şərhlər, toplayıcılar haqqında məlumat da yer alıb. Nəşr görkəmli folklorşünas alimlər İsrafil Abbaslının və Bəhlul Abdullanın xatirəsinə həsr olunub.

Kitabı tərtib edənlər fil.ü.f.d Elxan Məmmədli, fil.ü.f.d. Bilal (Alarlı) Hüseynov, redaktoru fil.ü.f.d. Tahir Orucov, rəyçiləri Xalq Şairi Sabir Rüstəmxanlı və fil.ü.f.d. Elçin Abbasovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: