Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Fizika İnstitutunun əməkdaşları karantin rejimində elmi fəaliyyətlərini uğurla davam etdirirlər
30.04.2020 11:50
  • A-
  • A
  • A+

Fizika İnstitutunun əməkdaşları karantin rejimində elmi fəaliyyətlərini uğurla davam etdirirlər

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində bəzi sosial təcrid tədbirləri barədə 2020-ci il 14 mart tarixli qərarına əsasən ölkənin bütün elmi-tədqiqat müəssisələri fəaliyyətlərinin eksperimental hissəsini müvəqqəti dayandırıb. AMEA-nın Fizika İnstitutunun kollektivi də elmi fəaliyyətini xüsusi karantin rejiminin qaydaları çərçivəsində davam etdirir.

Elmi müəssisədə təhlükəsizlik sistemi yüksək səviyyədə təşkil olunub, pandemiya ilə əlaqədar olaraq dezinfeksiya işləri aparılıb. İnstitutun direktoru, akademik Nazim Məmmədov və bir qrup əməkdaş biraylıq əməkhaqqının 15 faizini Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüblər.

Bundan başqa, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin müvafiq sərəncamına uyğun olaraq magistrantlar üçün tədris prosesi distant qaydada həyata keçirilib.

Həmçinin institutun əməkdaşları tərəfindən 2020-ci ilin fəaliyyət planında nəzərdə tutulan tədqiqat işlərinin müəyyən hissəsi yerinə yetirilib. Tədqiqatların nəticələri əsasında məqalələr yazılıb və yüksək impakt faktorlu jurnallarda çapa təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: