Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

03.11.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Birləşmiş Veteranlar Şurasının növbəti iclası keçirildi

AMEA Birləşmiş Veteranlar Şurasının növbəti iclası keçirildi

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının II Xüsusi şöbəsinin iclas salonunda Birləşmiş Veteranlar Şurasının (BVŞ) növbəti iclası keçirildi.

İclasda Azad Həmkarlar İttifaqının sədr müavini, professor İsaxan Vəliyev, AMEA Rəyasət Heyəti Mərkəzi aparatının İşlər İdarəsinin sədr müavini Sərdar Əliyev və şura üzvləri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan BVŞ-in sədri, AMEA-nın müxbir üzvü Rafiq Qasımov AMEA Birləşmiş Veteranlar Şurasının iclasın gündəliyi haqda məlumat verdi. Bildirdi ki, 2015-ci ilin may ayının 9-da Azərbaycanda faşizm üzərində qələbənin 70 illiyi qeyd olunacaq. Bu münasibətlə AMEA RH-də müəyyən tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. R.Qasımov qeyd etdi ki, “Əmək veteranı” adının və vəsiqəsinin verilməsi gələn ilin əvvəlinə planlaşdırılır.

Sonra II Xüsusi şöbənin rəisi, BVŞ-nin sədr müavini Eldar Quliyev bildirdi ki, AMEA Rəyasət Heyətinin 07 may 2014-cü il 11/6 nömrəli qərarına əsasən AMEA-da çalışan veteranlara birdəfəlik müavinət verilməsi, veteranlara akademiya şəhərciyində yerləşən yeməkxanada fasilə vaxtı gündə bir dəfə güzəştli xidmət göstərilməsi, istirahəti və müalicəsi üçün güzəştli yollanışların verılməsi nəzərdə tutulur.

Sonra müzakirə edilən məsələlərlə bağlı irad və təkliflər irəli sürüldü, müxtəlif fikirlər səsləndirildi.

Sonda qərar qəbul olundu və Rəyasət Heyətinin tərəfindən baxılmasına təqdim olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.
  • Paylaş: