Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Gənc kimyaçı motor yağları üçün yeni aşqarlar yaradıb
30.04.2020 12:17
  • A-
  • A
  • A+

Gənc kimyaçı motor yağları üçün yeni aşqarlar yaradıb

AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Motor yağlarına çoxfunksiyalı aşqarlar laboratoriyasının gənc mütəxəssisi Xədicə Məmmədyarova müxtəlif təyinatlı müasir motor yağları üçün yeni aşqarlar yaradıb. Onun yeni üsulla hazırladığı AKİ-31 və AKİ-172 aşqarları patenti təsdiq edilib.

Xədicə Məmmədyarova qeyd edib ki, motor istehsalı inkişaf etdikcə detalların korroziyasının qarşısının alınması, əsasən geniş temperatur intervalında mühərriklərin normal işə düşməsi və işləməsini təmin etmək kimi problemlər yaranır. Bu problemlər motor yağlarının xassələrinə - korroziyaya, oksidləşməyə, termiki stabilliyə, yuyuculuq xassələrinə yeni tələblər qoyur. Müasir və perspektivli motor yağlarına qoyulan tələbatları isə yeni növ keyfiyyətli, müxtəlif funksional xassəli aşqarların hazırlanması ilə təmin etmək mümkündür.

Gənc tədqiqatçı diqqətə çatdırıb ki, hazırladığı aşqarlardan istifadə etməklə müasir tələblərə cavab verən, “Shell” firmasının yağlarından geri qalmayan yeni motor yağları işlənib. Elmi işin bir hissəsi Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə yerinə yetirilib.

Xatırladaq ki, apardığı tədqiqatların əhəmiyyəti və yeniliyi 2 patentlə təsdiq olunan Xədicə Məmmədyarova Yunanıstan və Belarusda keçirilən beynəlxalq elmi konfranslarda ölkəmizi layiqincə təmsil edib. O, elmi layihə, məruzə, məqalə müsabiqələrinin qalibi olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: