Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Mikrobiologiya İnstitutu əhalinin koronavirusla bağlı maarifləndirilməsində yaxından iştirak edir
30.04.2020 11:31
  • A-
  • A
  • A+

Mikrobiologiya İnstitutu əhalinin koronavirusla bağlı maarifləndirilməsində yaxından iştirak edir

AMEA-nın Mikrobiologiya İnstitutunun əməkdaşları koronavirus pandemiyası ilə bağlı mövcud karantin rejiminə ciddi riayət etməklə elmi tədqiqatlarını davam etdirirlər.

İnstitut alimləri insanların koronavirusla bağlı maarifləndirilməsinə dəstək nümayiş etdirərək mətbuatda, televiziyalarda çoxsaylı çıxışlar edir, müsahibələr verirlər. Belə ki, Mikrobiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini AMEA-nın müxbir üzvü Pənah Muradovun “Bakı-Xəbər” qəzetində və AZƏRTAC Agentliyinin veb-saytında pandemiya ilə bağlı geniş müsahibəsi dərc edilib. O, həmçinin Mədəniyyət kanalının yayımladığı “Ekoetika” verilişinin, Real TV-nin “Xəbərlər” proqramının qonağı olub, ATV kanalında virusun su ilə yayılması ilə bağlı sualları canlı bağlantı vasitəsilə cavablandırıb.

Bununla yanaşı, institutda magistratura təhsili distant formada icra olunur, dərslər cədvələ uyğun olaraq uğurla davam etdirilir. “Mikrob mənşəli BAM” fənni pedaqoji təcrübə olaraq 2-ci kurs magistrant Nərmin İsayevanın iştirakı ilə tədris edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: