Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Polimer Materialları İnstitutunun əməkdaşı vebinarda iştirak edib
29.04.2020 11:39
  • A-
  • A
  • A+

Polimer Materialları İnstitutunun əməkdaşı vebinarda iştirak edib

Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən "Beynəlxalq patent sisteminin fəaliyyəti" mövzusunda vebinar təşkil edilib.

Tədbirə dünyanın müxtəlif ölkələrindən nümayəndələr qatılıblar. Vebinarda iştirakçılara beynəlxalq patent sisteminin fəaliyyəti, o cümlədən ixtiraçıların öz əqli mülkiyyətini xaricdə patentləşdirmək qaydaları və mərhələləri barədə ətraflı məlumat verilib. 

Vebinarda  AMEA-nın Polimer Materialları İnstitutunun Patent tədqiqatları və innovasiya şöbəsinin müdiri Gülnarə Qasımova da iştirak edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: