Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Şərqşünaslıq İnstitutunda tədris prosesi onlayn şəkildə həyata keçirilir
29.04.2020 12:35
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunda tədris prosesi onlayn şəkildə həyata keçirilir

AMEA-nın akademik Ziya Bunyadov adına Şərqşünaslıq İnstitutunun Təhsil şöbəsi fəaliyyətini pandemiya dövründə onlayn şəkildə davam etdirir.

Belə ki, institutda fevralın 17-dən mayın 25-dək istehsalat təcrübəsi keçən Azərbaycan Turizm və Menecment Universitetinin Xidmət mühəndisliyi fakültəsinin Qafqaz üzrə Regionşünaslıq ixtisasının 4-cü kurs tələbəsi Samir İsayev təcrübə rəhbəri – Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə ilə onlayn tədris əsasında biliklərini artırır.

Aprelin 28-də Cənubi Azərbaycan şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı “Azərbaycan Xalq Cümhuriyyəti - İran münasibətləri (1918-1920-ci illər)” mövzusunda “Zoom” proqramı vasitəsilə onlayn mühazirə oxuyub.

Həmçinin Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Lalə Bayramova mütəmadi olaraq institutun doktorant və dissertantları ilə əlaqə saxlayır, işlərin gedişatı ilə maraqlanır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: