Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alimin məqaləsi yüksək impakt faktorlu  jurnalda dərc olunub
28.04.2020 12:50
  • A-
  • A
  • A+

Azərbaycanlı alimin məqaləsi yüksək impakt faktorlu jurnalda dərc olunub

AMEA-nın Radiasiya Problemləri İnstitutunun professor Rövşən Xəlilovun həmmüəllifi olduğu məqalə yüksək impakt faktorlu jurnalda dərc olunub.

Tibb sahəsində dünyanın ən nüfuzlu jurnallarından biri olan “Nature Medicine”də nəşr olunan “2000-2017-ci illərdə aşağı və orta gəlirli ölkələrdə uşaq yaşlarında artıq çəki və çəki azlığı hallarının lokal modelinin xəritələşməsi” adlı məqalə böyük maraqla qarşılanıb.

Məqalə 105 aşağı və orta gəlirli ölkədə 5 yaşınadək uşaqlar arasında stress amili kimi artıq çəki və çəki azlığının qlobal səhiyyəyə təsiri mövzusuna həsr olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: