Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Dendrologiya İnstitutu karantin rejimi dövründə fəaliyyəti ilə bağlı hesabat verib
28.04.2020 12:59
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutu karantin rejimi dövründə fəaliyyəti ilə bağlı hesabat verib

Pandemiyanın geniş yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş karantin rejiminə uyğun olaraq, AMEA-nın Dendrologiya İnstitutu da fəaliyyətini onlayn rejimdə davam etdirir. Aprelin 27-də institutun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədovun sədrliyi ilə Elmi şuranın növbəti onlayn iclası keçirilib.

İclasda şöbə əməkdaşlarının, həmçinin doktorantların tədqiqat işlərinin vəziyyəti ilə bağlı hesabatlar dinlənilib.

AMEA-nın müxbir üzvü Tofiq Məmmədov elmi fəaliyyətin daha da təkmilləşdirilməsi ilə bağlı şöbə müdirlərinə tapşırıq və tövsiyələrini verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: