Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Mərkəzi Elmi Kitabxana Əhməd Cavadın əsərlərini və haqqındakı kitabları elektron formatda təqdim edir
28.04.2020 12:36
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxana Əhməd Cavadın əsərlərini və haqqındakı kitabları elektron formatda təqdim edir

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) istiqlal şairimiz Əhməd Cavadın əsərlərini və haqqında yazılan kitabları elektron formatda təqdim edir.

Oxucular kitabları PDF formatda yükləyə bilərlər. Kitabların siyahısı və linklərlə mek.az saytında tanış olmaq mümkündür.

Qeyd edək ki, Mərkəzi Elmi Kitabxanada tərcüməçi, naşir Mirzəzadənin topladığı “Milli nəğmələr” kitabı saxlanılır. Nəşr 1919-cu ildə Bakıda “İran” elektrik mətbəəsində çap olunub. Kitabda H.Zərdabi, A.Səhhət, M.Ə.Sabir, M.Hadi və digər ədiblərin şeirləri yer alıb. Onların içərisində sözlərini Əhməd Cavadın yazdığı Azərbaycan himni də var. Himnin sözləri kitabda “Vətən marşı” və “CAMO bəy” (Cavad Axundzadə Məhəmmədəli Oğlu) imzası ilə verilib.

Ərəb qrafikalı əlifba ilə yazılmış nəşr kitabxananın Şərq ədəbiyyatı fondunda mühafizə olunur və elektron kataloqa daxil edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: