Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Fiziologiya İnstitutu “Evdə qal” çağırışlı videoçarx hazırlayıb
27.04.2020 13:07
  • A-
  • A
  • A+

Fiziologiya İnstitutu “Evdə qal” çağırışlı videoçarx hazırlayıb

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir. Bu istiqamətdə institutun növbəti addımı koronavirusla mübarizə çərçivəsində xüsusi karantin rejiminin qaydalarına riayət edilməsi məqsədilə əməkdaşların iştirakı ilə hazırlanan sosial videoçarx olub.

“Respublikada koronavirus pandemiyası ilə bağlı dövlət tərəfindən görülən zəruri tədbirlər, o cümlədən ölkədə infeksiyanın yayılmasının qarşısının alınması üçün xüsusi karantin rejiminin tətbiqi bu gün hər birimizin üzərinə yeni vəzifələr qoyur. Bu vəzifələrin dəqiq və məsuliyyətlə yerinə yetirilməsi dövlətin həyata keçirdiyi fəaliyyətin effektivliyini şərtləndirən amillərdəndir”. Bu fikirləri institutun direktoru, biologiya elmləri doktoru Ulduz Həşimova sözügedən videoçarxda səsləndirib.

Sosial məsuliyyət tələb edən “Evdə qal” layihəsinə institutun əməkdaşları da qoşulub. Bu layihəyə qoşulmaqla əməkdaşlar insanları “Evdə qal” çağırışına əməl edərək özünü, ailə üzvlərini, yaxınlarını qorumağa səsləyiblər.

Videoçarx ilə buradan tanış olmaq mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: