Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Fiziologiya İnstitutu və Şuşa Rayon İcra Hakimiyyəti birgə yardım aksiyası keçirib
27.04.2020 11:44
  • A-
  • A
  • A+

Fiziologiya İnstitutu və Şuşa Rayon İcra Hakimiyyəti birgə yardım aksiyası keçirib

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu koronavirusla mübarizə tədbirlərini davam etdirir.

Abşeron Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Fiziologiya İnstitutunun və Şuşa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə yardım aksiyası keçirilib. “Birlikdə güclüyük” adlı aksiyada Xırdalan şəhəri və Masazır kəndi ərazisində yaşayan Şuşa şəhərindən olan aztəminatlı ailələrə yardım paylanılıb.

Aksiyada ümumilikdə 60-a yaxın ehtiyacı olan ailəyə yardım göstərilib. 

Qeyd edək ki, yardım aksiyasının davam etdirilməsi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: