Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Mətbuat tarixi və publisistika məsələləri” kitabının ikinci cildi çap olunub
25.04.2020 12:53
  • A-
  • A
  • A+

“Mətbuat tarixi və publisistika məsələləri” kitabının ikinci cildi çap olunub

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsi tərəfindən “Mətbuat tarixi və publisistika məsələləri” kitabının ikinci cildi nəşr edilib.

Nəşrin elmi redaktoru və "Ön söz"ün müəllifi AMEA-nın birinci vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir. Kitabın  tərtibçisi Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, professor Vüqar Əhməd, rəyçiləri isə professor Cahangir Məmmədli və filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayevadır.

İkinci cild akademik İsa Həbibbəylinin “Ədəbiyyatın inkişafında mətbuat faktoru” adlı yazısı ilə açılır.

Kitabda institut və şöbənin elmi əməkdaşlarının “Ədəbiyyat qəzeti”ndə publisistika”, “Azərbaycan”ın bayramı Azərbaycan ədəbiyyatında bayramdır”, “Hacı Səlim Səyyahın gizlin imzaları”, “Hacı İbrahim Qasımovun bədii yaradıcılığı”, “Satirik poeziyada işlədilən klassik şeir şəkilləri (“Molla Nəsrəddin” jurnalı əsasında)”, “Əli İldırımoğlunun publisistikası”, “Əhməd bəy Ağaoğlunun memuar irsində mövzu və problematika” kimi məqalələri yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: