www.science.az
24.04.2020 14:39

MBBİ-də magistrantların elmi-pedaqoji təcrübəsi distant formada uğurla davam etdirilir

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) magistrantları üçün martın 29-dan etibarən başlanılmış distant dərslər uğurla davam etdirilir.

MBBİ-nin II kurs magistrantları onlayn rejimdə müvafiq ixtisaslardan tədris olunan fənlər üzrə mühazirə və seminarlarda iştirak edir, təcrübəli müəllimləri müşahidə edərək elmi-pedaqoji təcrübə keçirlər.

Artıq magistrantlar sərbəst olaraq aktiv elmi-pedaqoji təcrübəyə başlayıblar. Bu həftə ərzində “Molekulyar biologiya” ixtisası üzrə Azərbaycan bölməsində təhsil alan magistrantlar - Zərintac Rüstəmova və Firuzə Rzayeva “Bioloji makromolekulların daşınmasının molekulyar mexanizmləri”, rus bölməsində təhsil alan magistrant Səbinə Omarova “Proteomiks”, “Biokimya” ixtisası üzrə isə magistrant Leyla Xəlilova “Fotosintezin biokimyası” fənləri üzrə mühazirə və seminar dərslərini aparıblar.

Elmi-pedaqoji təcrübə rəhbəri və fənn müəllimləri tərəfindən dərslər müzakirə edilib və yekun qiymətləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.