Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

İnstitut əməkdaşı COVID-19-la bağlı real zamanlı monitorinq sisteminin tətbiqi barədə müsahibə verib
24.04.2020 12:37
  • A-
  • A
  • A+

İnstitut əməkdaşı COVID-19-la bağlı real zamanlı monitorinq sisteminin tətbiqi barədə müsahibə verib

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Geoinformatika və kartoqrafiya şöbəsinin böyük elmi işçisi, layihə icraçılarından biri Yaşar Nəsibov “COVID-19: Azərbaycanın real zamanlı monitorinq sistemi”nin tətbiqi haqqında “Space” kanalına müsahibə verib. 

Y.Nəsibov günün reallığından irəli gələn və respublikamız üçün əhəmiyyətli olan sistemə daxil olmaqla pandemiya haqqında dünya ölkələri, eləcə də Azərbaycan üzrə əks olunan və gündəlik yenilənən rəqəmlərlə tanış olmağın mümkünlüyünü diqqətə çatdırıb. 

O, qeyd edib ki, şəhər və rayonlar üzrə əhali, xəstəxana və hər 10 min nəfərə düşən çarpayı sayı, yaşı 65-dən yuxarı olan insanlar və s. kimi məlumatlarda Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə istinad edilir. Azərbaycan üzrə vektor məlumatlarının müəlliflik hüquqları isə Coğrafiya İnstitutuna mənsubdur.

Y.Nəsibov bildirib ki, rəsmi qurumlar tərəfindən məlumatlar əldə edilərsə, pandemiyanın şəhər və rayonlar üzrə sutka ərzində yayılma arealını göstərmək mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: